Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı ikili doktorantura proqramı çərçivəsində fəlsəfə doktoru diplomu alıb
31.07.2023 10:09

Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış ikili doktorantura proqramı çərçivəsində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Fidan Hüseynova 1 dekabr 2022-ci il tarixində Monpelye Universitetində “Diş toxumasının bərpası üçün diş pulpunun  kök hüceyrələrinin angiogenik aktivləşməsi” mövzusunda  dissertasiya işini uğurla müdafiə edib.

 

AMEA-dan Aztibb.az-a verilən xəəbəərə görə, o, 23 iyun – 3 iyul 2023-cü il tarixlərində elmi rəhbəri Dr. Veronique Barragan-Monteronun dəvəti ilə Monpelye Universiteti tərəfindən məzun günü münasibəti ilə təşkil olunan “2022-ci il məzunlarının buraxılış mərasimi’’ adlı tədbirə qatılıb. Tədbir zamanı universitetin prezidenti Philippe Auge, Occitanie akademik bölgəsinin ali təhsil, tədqiqat və innovasiyalar üzrə rektor müavini Xaled Bouabdallah, Monpelye şəhərinin meri cənab Sebastian Cote, universitetin nəzdində fəaliyyət göstərən Doktorantura kollecinin direktoru Gilles Subra, Kimya və biologiya elmləri üzrə doktorantura məktəbinin direktoru Sofia Kossidia və digər fəxri qonaqların iştirakı ilə məzunlara təntənəli şəkildə PhD diplomları təqdim olunub.

 

Səfər çərçivəsində Fidan Hüseynova Monpelye Universitetinin Biomühəndislik və nanoelmlər laboratoriyasında, eyni zamanda universitetin Kimya məktəbi kosmetologiya laboratoriyasında olub, prof. F.Cuisinier və Dr. V.Barragan-Montero ilə görüşərək gələcəkdə birgə əməkdaşlıq əlaqələri müzakirə edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev