Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 12 il sonsuzluq sonrası əkiz köpələr dünyaya gəlib
24.07.2023 09:46
12 il sonsuzluq sonrası hamiləliyin 32-ci həftəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda dünyaya gələn əkizlər 1 aylıq müalicədən sonra ailəsi ilə birlikdə sağlam şəkildə evə yola salınıblar.
 
Bu barədə Aztibb.az-a Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan məlumat verilib.
 
Bildirilib ki, hamiləliyin təxminən 28-29-cu həftələrində vaxtından əvvəl doğuş təhlükəsi, istmiko-servikal çatışmazlıq diaqnozları ilə instituta gələn qadına dərhal Hamiləliyin patologiyası şöbəsində həkim mama-ginekoloq Mehriban Həsənovanın nəzarətində stasionar müalicə planı təyin olunub.
 
Dölyanı mayenin vaxtından əvvəl axması diaqnozu ilə 32-ci həftədə təcili olaraq M.Həsənova tərəfindən qeysəriyyə əməliyyatı icra edilib. Hər ikisi qadın olan əkizlərdən birinin dünyaya gələrkən çəkisi 1620 qram, boyu 40 sm, digərinin isə çəkisi 1730 qram, boyu 41 sm idi. Vəziyyətləri ilə əlaqədar olaraq hər iki körpə təcili olaraq Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüb.
 
İnstitutda qaldıqları 1 aylıq müddətdə həkim-neonatoloq Kövsər Azadəliyevanın nəzarətində olan yenidoğulmuşlar şöbədə süni tənəffüs aparatına qoşulublar, mədə qanaxması kimi ağır patologiyalar yaranıb. Aparılan düzgün müalicə taktikası ilə problemlər aradan qaldırılıb və əkizlər sağlam şəkildə evə yola salınıblar.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub