AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub  
23.10.2026 10:05

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İmişli və Sabirabad rayonlarında fəaliyyət göstərən istehsal müəssisələrinə baş çəkib.

 

Bu barədə Aztibb.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, agentlik sədri İmişlidə yerləşən “Azərbaycan Şəkər İstehsalat Birliyi”ndə istehsal prosesi ilə tanış olub.

 

Bu müəssisədə şəkər tozu, kəllə qənd və parça qənd istehsalı həyata keçirilir.

 

Səfər çərçivəsində, həmçinin Sabirabad Sənaye Məhəlləsində yerləşən “Humix” MMC-nin fəaliyyəti ilə tanışlıq olub. Müəssisə bitki mühafizə vasitələri, aqrokimyəvi maddələr və gübrə istehsalı üzrə ixtisaslaşan yerli şirkətdir.

 

Daha sonra Q.Təhməzli sənaye məhəlləsində "Mr.Bee" adı ilə bal və arıçılıq məhsullarının istehsalı və satışı ilə məşğul olan fermerin müəssisəsinə baş çəkib, burada görülən işlərlə maraqlanıb.

 

İstehsal müəssisələrində qida təhlükəsizliyi tələblərinə riayət olunması, məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinə nəzarət, eləcə də laboratoriya müayinələrinin təşkili məsələlərinə xüsusi diqqət yetirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır