Məşhurlar görüşdülər
23.07.2023 23:29

Zərurət olmadan dünyada heç nə baş vermir. Amma xoş təsadüf də ayrı-ayrı sahənin adamlarını görüşdürmək gücündədir. Bu şəxsləri – ağ xalatlı Fariz Hüseynovu saf ağ qəlbli Giya Paçxataşvili ilə zərurət görüşdürü. Fariz Hüseynov məşhur ümumi cərrahdırsa, Giya Paçxataşvili ədəbi camiyədə tanınan, əvəzsiz tərcüməçi, publisist, şairdir. Onları birləşdirən ümumi xətt nəciblikdir desəm yanılmaram. Hər ikisi təmsil etdikləri sahəyə böyük məsuliyyət və həssaslıqla yanaşırlar. Elə buna görə də hər ikisi hörmətin ən yüksək mərtəbəsində bərqərar olublar.

 

Fariz Hüseynovu ilk görəndə insanı müsbət aura bürüyür – hətta taxdığı eynək belə onun gülərüzlülüyünü gizlədə bilmir. Axı özü də gizlətmir öz səmimiliyini. Bu səbəbdən onun yanına şəfa tapmaq üçün gələnlərin sayı çoxdur. Hamı da məhz bu həkimin əməliyyatından çıxmağı arzulayır: axı onun şəfalı əlləri neçə-neçə insanın ağrılarına məlhəm olub, öləziyən ümid çırağını gur yandırıb. Həkimin universal biliyi, hər xəstəyə özünəməxsus tərzdə yanaşması uğurun başlıca açarıdır.

 

Mən tibb işçisi kimi onun xəstələrə yanaşma tərzini müşahidə etdikdə qürurlanıram ki, bu sahənin əlaçı tibb bacısıyam. Bu səbəbdən də həkimə dəyər vermək mənim üçün elə bir çətinlik yaratmır – axı özüm də 15 il həkimlərlə yanaşı çalışmışam. Dürüstünü də, saxtasını da müşahidə edə bilmişəm. Topladığım təcrübədən deyə bilərəm ki, Fariz Hüseynovun uğur mənbəyi onun zəhmətsevərliliyindən, tibbi yeniliklərə müntəzəm baş vurmağından və humanistliyindən keçir. Məhz belə mütəxəssislər hər bir tibbi ocağın və müəssisənin tapıntısı hesab oluna bilər. Bu mənada Nizami rayonundakı “Yeni Klinika” şanslıdır. Axı belə sənət xiridarlarını gündüz çıraqla da tapmaq mümkün deyil. Sadaladıqlarım bu uzmanın başını əsla gicəlləndirmir – o sadəcə peşakarcasına öz işini görməkdədir. Nəticədə həm həkim, həm xəstə şanslı olur. Belə həkimlərin sayəsində təbabətimizə azalan ümid çoxalmaq trayektoriyası ilə yüksəlir. Bu da inamı artıraraq təbabətimizin gələcəyinə nikbin baxmağa şərait yaradır. Məhz belə olduqda vətəndaşlarımız xaricdə deyil, doğma Vətəndə şəfa tapmış olacaqlar. Odur ki, Fariz Hüseynov kimi həkimləri dəyərləndirmək biz vətəndaşların və səhiyyə məmurlarının birbaşa işidir.

 

“Sağlam bədəndə sağlam ruh olar”. Odur ki, şəfa sorağı ilə Fariz həkim kimi sağlam ruhlu adamlara etibar edin – mən ona Givini etibar etdiyim kimi...

 

Lupası əlində olan Giya Paçxataşvili – mənim Givimdir. Hələ onun dünyasına daxil olmamış tanımışam bu Ağ Adamı. Bu adamla bağlı veriliş və süjetlər məndə maraq oyatdı və... Pünhan Şükürlə Qiymət Məhərrəmlinin vasitəsilə mən yaradıcı insanın heyranına çevrildim. Givinin bədii yaradıcılığı, tərcümələri, xeyirxahlığı mənə də siraət etdi. 7 illik birgə yaşayış dönəmində çoxlu çətinliklərdən keçdik. Yaxşını pisdən seçdik və addım-addım nüfuz və şöhrətə çatdıq. Ədəbi camiyəyə yaxınlaşmağım Givinin uğur sirlərinə bələdliyimi daha da artırdı. Məktəbdən ədəbiyyata və incəsənətə olan marağım dadıma çatdı. Kompüter biliklərim isə Givinin yaradıcılığını operativ yığmağa, redaksiyalara göndərməyə təkan verdi. Asta-asta rus dilinə etdikləri tərcümələri də kitab halına salıb müəlliflərə göndərirdim. Bu minvalla da neçə-neçə tərcümə kitabları işıq üzü gördü – hər ikimizi daha da məşhurlaşdırdı. Təbii ki, bunların hamısı Givinin əməksevərliliyi, istedadı və humanistliyi sayəsində başa gəlir. Özü demişkən: “Mən dostlarla milyonerəm”. Həqiqətən də Məhərrəm Qasımlı, Tahir Talıblı, Həzi Həsənli, Əflatun Amaşov, Qiymət Məhərrəmli, Elnur Eldaroğlu, Rais Rəsulzadə, Sehran Allahverdi, Səhər Əhməd və adı çəkilməyən neçə-neçə dostların varlığı ilə daim öyünür Givi.

 

Şəki-Bakı yollarında inamla üzü 65-ə addımlayan bu sənətkara və ağ xalatlı dostu Fariz Hüseynova ömür xoşluğu, güclü sağlamlıq və təmsil etdikləri sahədə uğurlar diləyirəm.

 

P.S


Sözügedən şəxsiyyətləri görüşdürdüyünə görə dəyərli dostumuz Fərman Bədəlov və “Yeni Klinika”da çalışan qızı Vüsalə xanıma təşəkkürün ən böyük payı düşür.



Xatirə Mikayılqızı

 

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində