"3 yaşa qədər uşaqlarda yalançı çəpgözlüyə rast gəlinir" - Oftalmoloq
20.07.2023 11:43
Çəpgözlük son zamanlar uşaqlar arasında xeyli yayılan və daha çox gözəçarpan xəstəlikdir. Bu isə gələcəkdə inkişaf pozuntularına, həmçinin ciddi fəsadlara səbəb olur. 
 
Aztibb.az xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzinin 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkim-oftalmoloqu Yaqut Əşrəfova məlumat verib.
 
Həkimin sözlərinə görə, çəpgözlük əsasən gözlərin bir-biri ilə müştərək işləməməsi səbəbindən meydana gəlir:
 
“Hər gözü idarə edən altı ədəd xarici əzələləri var ki, onlardan biri və ya bir neçəsi digərlərindən zəif olduqda, çəpgözlük yaranır. Bu zaman bir göz düz baxarkən digəri yuxarı, aşağı və ya yanlara doğru baxır. Digər xəstəliklərdə olduğu kimi çəpgözlüyün də erkən diaqnozu olduqca önəmlidir. Çəpgözlük həmçinin, anadangəlmə də ola bilər, bundan əlavə, sonradan yaranan, gözdə formalaşan katarakt (el arasında mirvari suyu), göz əzələlərinin inkişafdan geri qalması kimi müxtəlif səbəblərdən də çəpgözlük yarana bilir”.
 
Yaqut Əşrəfova qeyd edib ki, çəpgözülüyün əlamətləri sırasında gözlərin qeyri-paralel görünməsi, baş ağrıları, ikili görmə, üçölçülü görmə itkisi (iki gözün eyni anda işləməməsi, baş və boyunun gözə uyğun olaraq eyni istiqamətə əyilməməsi) olduğunu deyən həkim-oftalmoloq bildirib ki, 3 yaşa qədər uşaqlarda yalançı çəpgözlüyə də rast gəlinir. Lakin tam olaraq çəpgözlük diaqnozu qoyularsa, müxtəlif metodlarla müalicə prosesi başlamalıdır. Həmin uşaqlara nömrəli eynəklər təyin edilir. Lakin sonrakı mərhələdə bu hal davam edərsə, onlara xüsusi müalicə üsulları, bununla paralel olaraq, müalicəvi aparatlarla eynəklər təyin edilir. Əgər bu yollarla da çəpgözlük aradan qalxmazsa, mütləq əməliyyat təyin edilməlidir. Gözlərdən birində çəpgözlük müşahidə edilirsə, sağlam gözün bağlanaraq ağrısı, əyriliyi olan gözün işlədilməsi, əzələlərin daha işlək hala gətirilməsi üsulundan istifadə edilir.
 
Oftalmoloq valideynlərə müraciət edərək bildirib ki, çəpgözlüyün müşahidə edildiyi ilk andan etibarən mütləq ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrindəki həkim-oftalmoloqlara üz tutulmalıdır:
 
“Əks halda, çəpgözlük daha da inkişaf edəcək. Bu isə öz növbəsində onların gələcək həyatında ciddi göz və baş ağrılarına, bununla yanaşı, inkişaf mərhələlərinin düzgün getməməsinə səbəb olacaq. Bu halda isə əməliyyat qaçılmaz olur”.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev