Varikosele nədir? Diaqnostikası necə aparılır? - Fərid Mikayılov AÇIQLADI
21.07.2023 15:33
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Urologiya şöbəsinin müdiri Fərid Mikayılov Aztibb.az-a varikosele və onun diaqnostikası barədə məlumat verib.
 
Həkim bildirib ki, varikosele - xaya və toxum ciyəsi venalarının genişlənməsidir. Daha çox sol tərəfli görülür. Xaya və ətrafında olan ağrılar ilə özünü biruzə verə bilər. Kişi sonsuzluğunun əsas səbəblərindən biridir. Sperma parametrlərinə mənfi təsir göstərir və xaya ölçüsündə kiçilməyə səbəb ola bilər.
 
Fərid Mikayılovun sözlərinə görə, diaqnoz əl ilə müayinə və skrotal rəngli dopler USM ilə qoyulur. Dopler USM yardımıyla xayaların həcmi və venoz qanın geri qayıtması (reflüks) daha dəqiq dəyərləndirilir:
 
"Varikosele əgər sonsuzluğa, şiddətli ağrılara və ya xaya ölçüsündə kiçilməyə səbəb olursa müalicə edilməlidir. Müalicəsi isə cərrahidir. Genişlənmiş xaya və toxum ciyəsi venaları bağlanılır".
 
Məlumat üçün bildirək ki, Respublika Klinik Xəstəxanasında varikoselektomiya əməliyyatı icbari tibbi sığorta xətt ilə tam ödənişsiz icra edilməkdədir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev