5 QHT “İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi” layihəsinin qalibi olub
10.07.2023 10:20

2023-cü ilin kiçik qrant müsabiqəsində “İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi” mövzusu üzrə 5 qeyri-hökumət təşkilatı (QHT) qalib olub.

 

Bu barədə Aztibb.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Qalib gəlmiş QHT-lər “Pediatrik Kardiologiya və Revmatologiya”, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım”, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək, “”Optimist” Sosial Problemlərin Həllinə Yardım” və “Regionların Sosial İqtisadi İnkişafına Dəstək” ictimai birlikləridir.

 

Layihələrin əsas fəaliyyət istiqaməti regionlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi üzrə işlərin aparılmasıdır. Müvafiq regionlarda aparılan maarifləndirmə tədbirləri çərçivəsində əhali icbari tibbi sığortanın təminata aldığı tibbi xidmətlərdən istifadə qaydası, Xidmətlər Zərfi, dövlət və özəl tibb müəssisələrində sığortadan yararlanmaq, göndərişlərin verilməsi qaydası və digər bu kimi mövzular barədə məlumatlandırılacaq.

 

Agentlik öz növbəsində əhaliyə ötürüləcək informasiyaların doğruluğunun təmin edilməsi, uğurlu nəticələrin əldə edilməsi üçün hər bir ictimai birliklə əməkdaşlığa açıqdır. Habelə keçiriləcək tədbirlərin effektivliyinin artırılması üçün ictimai birliklərin icbari tibbi sığorta haqqında təqdimat, lazımi məlumatlar, çap materialları, videoçarxlar ilə təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda, QHT-lərin bu istiqamətdə fəaliyyətini əks etdirəcək məlumatların Agentliyin rəsmi saytında, sosial şəbəkə platformalarında paylaşılmasına dəstək göstəriləcək. 

 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib