Körpələrdə antibiotik istifadəsi piylənmə riskini artıra bilər - Araşdırma
15.10.2020 10:07

Seul Beynəlxalq Universiteti Xəstəxanasının professoru Park Sang-min və onun tədqiqat qrupu tərəfindən aparılan araşdırmalar körpələrdə antibiotik istifadəsinin kökəlməyə səbəb ola biləcəyini müəyyənləşdirib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, tədqiqat çərçivəsində 2008-2012-ci illər arasında körpəlik dövründə müayinə olunan 31 733 uşaq müşahidə edilib və doğuşdan sonrakı ilk 24 ayda antibiotik istifadəsinin uşaqların kökəlməsinə təsiri analiz edilib.

 

Bu dövrdə nə qədər çox antibiotik istifadə olunarsa, piylənmə riski bir o qədər yüksəkdir. Mütəxəssislər ilk 6 ayda antibiotik qəbul edən uşaqlarda piylənmə ehtimalının 18-24 aylıq dövrdə qəbul edənlərə nisbətən 33 faiz daha çox olduğunu bildirib.

 

Tədqiqat körpəlikdə ən az 5 dəfə antibiotik müalicəsi alanların kök olma riskinin yalnız bir dəfə antibiotik qəbul edənlərə nisbətən 42 faiz daha yüksək olduğunu aşkar edib.

 

Mütəxəssislər antibiotik istifadəsi ilə bağırsaq florasının zədələnməsinin köklüyə səbəb olduğuna diqqət çəkirlər. Uşaq köklüyünün yüksək təzyiq, diabet, hiperlipidemiya və metabolik sindroma yol aça biləcəyi və uşaqlıqda kök olan hər 3 nəfərdən birinin yetkinlik yaşında bu problemlə mübarizə apardığı vurğulanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib