D vitamini çatışmazlığı piylənmənin inkişafına səbəb ola bilər - Həkimlər xəbərdarlıq edir
14.10.2020 17:29

D vitamini insan orqanizmi üçün zəruri olan əhəmiyyətli birləşmədir. O, sümükləri bərkidir və immuniteti dəstəkləyir.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, yeni tədqiqata əsasən, bu vitaminin defisiti piylənmə riskini artırır. Bu halda, piy ehtiyatı və bədənin çəkisinin artması arasındakı metabolik balans pozulur.

 

Tədqiqat göstərib ki, D vitamini səviyyəsi və metabolik tarazlıq arasında əlaqə mövcuddur. Bu vitaminin defisiti olan şəxslərdə metabolik disbalansın əlaməti olan kardio-metabolik xəstəliklərə gətirib çıxara bilən triqliseridlərin və xolesterinin daha yüksək səviyyəsi təsbit edilir.

 

Tədqiqat zamanı D vitamininin defisitindən yaranan effekt Danio-rerio balıqları üzərində sınaqdan keçirilib. Tədqiqatda 3 qrup üzrə istifadə olunan balıqların birinci qrupu vitaminsiz əlavə, ikincisi D vitaminli əlavə qəbul edib. Üçüncü isə nəzarət qrupu rolunda çıxış edib. Dörd ay sonra boy, sümüklərin sıxlığı, triqliseridlərin səviyyəsi, xolesterin, D vitamini, əsas metabolik yollar, həmçinin boy stimullaşdırılması kimi göstəricilər tədqiqata cəlb olunub.

 

Vitamin D-nin defisiti olan balıqlar daha kiçik ölçüləri və böyük piy ehtiyatı ilə fərqləniblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib