İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində “Açıq qapı” günü təşkil edilib
20.06.2023 12:27
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) media və vətəndaş cəmiyyəti nümayəndələri üçün “Açıq qapı” günü keçirib. “Açıq qapı” gününün keçirilməsində məqsəd iştirakçıları qurumun “Vətəndaş müraciətləri və sənədlərlə iş” departamentinin fəaliyyəti ilə tanış etmək, vətəndaş müraciətlərinin qəbul prosesi və həlli istiqamətində görülən işlər barədə məlumatlandırmaq və ünvanlanan sualları cavablandırmaq olub.
Agentlikdən Aztibb.az-a bildirilib ki, Vətəndaş müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri İlham Hüseynov qonaqları salamlayaraq müraciət qaydası və prosesi barədə iştirakçılara məlumat verib:
“Vətəndaşlar Agentliyə Çağrı mərkəzi (1542) ilə əlaqə saxlayaraq, ay ərzində təyin edilmiş xüsusi günlərdə qurumun canlı vətəndaş qəbulunda iştirak edərək, yazılı müraciəti birbaşa quruma təqdim edərək, Agentliyin rəsmi internet səhifəsi (its.gov.az/page”), info@its.gov.az elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciət edə bilirlər. Vətəndaşlarımızı əsas maraqlandıran mövzular icbari tibbi sığortanın tətbiqi, Xidmətlər Zərfi çərçivəsində həyata keçirilən müayinə və müalicə, cərrahi əməliyyatlar, işə qəbul və əmək münasibətləri ilə bağlı məsələlər, ambulator şəraitdə dərman preparatları ilə təminat, özəl tibb müəssisələrinə göndəriş əldə etməklə bağlıdır”.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın sözlərinə görə 2023-cü ilin 5 ayı ərzində Agentliyə ümumilikdə 5828 vətəndaş müraciəti daxil olub:
“Müraciətlər əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, Şəki, Bərdə, Masallı və Cəlilabad rayonlarının sakinlərindən daxil olub. Daxil olan müraciətlərin 2716-sı müayinə və müalicə, 1710-u əlillik
məsələləri, 725-i işə qəbul və əmək münasibətləri, 340-ı dərman vasitələri və tibbi sərflə təminat, 337-si isə digər məsələlər ilə bağlı mövzuları əhatə edib. Bütün müraciətlərə qanunvericiliklə
müəyyən edilmiş qaydada və müddətdə baxılıb”.
Qeyd edilən müddət ərzində 1399 vətəndaş Agentliyin İdarə Heyətinin sədri və müvafiq departamentlərin səlahiyyətli şəxsləri tərəfindən qəbul edilib. Müraciət edən vətəndaşlar arasında əsasən Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, Xaçmaz, Beyləqan, Qəbələ rayon sakinlərinin müraciətləri çoxluq təşkil edib. Qəbul zamanı qaldırılan məsələlər, əsasən, müayinə-müalicə, dərman vasitələri, tibbi sərfiyyatla təminat, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərişlərin verilməsi ilə bağlı olub. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.
Daha sonra Elektron Sənəd Dövriyyəsi (ESD) barədə təqdimat nümayiş olunub. Agentliyin Vətəndaş müraciətləri və sənədlərlə iş şöbəsinin əməkdaşı Leyla Həsənova bildirib ki, vətəndaş müraciətlərinə baxılma prosesinin asanlaşdırılması naminə mütəmadi işlər görülür. Bu tədbirlər vətəndaşların problemlərinin operativ həllinə və məmnunluğunun artırılmasına istiqamətlənib:
“Agentlikdə ESD-nin təklif etdiyi imkanlardan istifadə olunur. Belə ki, vətəndaşların yönəltdiyi məsələlər tərəfimizdən araşdırılır və məsələlərin həlli prosesi zamanı səlahiyyət və xidmətlərinə ehtiyac yaranan digər aidiyyəti qurumlara bu proqram təminatı vasitəsilə sorğu göndərilir. Bu da öz növbəsində müraciətlərə baxılması işinin daha səmərəli, nəzarətin və hesabatlılığın isə daha effektiv
olmasına gətirib çıxarır”.
“Açıq qapı” günü iştirakçıların sual-cavab sessiyası ilə yekunlaşıb.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Gömrük Hospitalının həkimləri AZTV-yə müsahibə veriblər
27.10.2026 | 11:23
Respublika Kliniki Uroloji Xəstəxanasında maarifləndirici təlim: “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi”
27.10.2026 | 11:13
Azərbaycan Tibb Universitetinin tələbəsi kamandan oxatma turnirinin qalibi olub
26.10.2026 | 17:48
Səhiyyı nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
26.10.2026 | 15:43
Nigeriyada aşkar edilən Ebola virusu Keniyadakı ştamla genetik bağlıdır
26.10.2026 | 11:35
Mövsüm dəyişiklikləri zamanı yayılan viruslardan necə qorunmalı?
26.10.2026 | 11:05
Süni intellektin tibbi tədqiqatlara inteqrasiyası müzakirə olunub
25.10.2026 | 10:07
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

