Prezident: "Azərbaycanın səhiyyə infrastrukturunun müasir əsaslar üzərində qurulması məhz Ulu Öndərin adı ilə bağlıdır"
17.06.2023 13:32

Xaricdə yaşayan azərbaycanlı həkimlərin birinci simpoziumunun Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirləri çərçivəsində təşkili ona dərin rəmzi məna qazandırır.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Dünya Azərbaycanlı Təbiblərinin I Simpoziumunun iştirakçılarına müraciətində yer alıb.

 

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın səhiyyə infrastrukturunun tamamilə yenilənməsi və müasir əsaslar üzərində qurulması məhz Ulu Öndərin adı ilə bağlıdır. Ötən müddətdə uğurla gerçəkləşdirilmiş işlərin davamı olaraq səhiyyənin inkişafı bu gün də dövlətimizin sosialyönümlü siyasətinin prioritetlərindəndir.


“Respublikamızın regionlarında yeni-yeni diaqnostika mərkəzləri və şəfa ocaqları istifadəyə verilmiş, səhiyyə müəssisələri qabaqcıl texnologiyalara əsaslanan tibbi avadanlıqlarla təchiz edilmiş, əhalinin sosial müdafiəsinin başlıca tərkib hissəsi kimi həyati əhəmiyyətə malik icbari tibbi sığorta tətbiq olunmuşdur. Son illərdə təbabətin aktual məsələlərinə dair beynəlxalq səviyyəli konfrans və görüşlərə ölkəmizin ev sahibliyi etməsi isə Azərbaycan səhiyyəsinin qlobal səhiyyə sisteminə inteqrasiyasına əlverişli zəmin yaratmışdır”, - deyə Prezident İlham Əliyev qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib