15 iyun - Milli Qurtuluş Günüdür
15.06.2023 08:33
Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür.
 
Aztibb.az xəbər verir ki, Milli Qurtuluş Günü həm də Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, əsl qurtuluş tarixidir. 1993-cü ilin həmin günü xalqımızın yaddaşında doğma Azərbaycanımızın dağılmaq təhlükəsi ilə üzləşdiyi hadisələrlə qalıb.
 
Böhranlı və ağır vəziyyətdə insanlar yeganə çıxış yolunu yenə də müdrik rəhbərin hakimiyyətə qayıtmasında gördülər. O gün xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev respublikamızı vətəndaş müharibəsindən, parçalanmadan xilas etdi - ölkəmizin müstəqilliyini qorudu, respublikada baş qaldırmış ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
 
Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan böyük inkişaf yolu keçdi. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü aydın surətdə göstərir. Hazırda xalqımız bu müdrik siyasətin uğurlu nəticələrini yaşayır.
 
Müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edir, Azərbaycanın nüfuzu bütün dünyada artır. Fəth edilən zirvələrdən biri də xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, 30 il həsrətində olduğu doğma Qarabağına qovuşmasıdır.
 
Bu gün biz fəxrlə deyə bilərik ki, bugünkü Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır!
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib