Orqanizmi xərçəngin yaranması riskindən qoruyan qidaların — SİYAHISI
13.10.2020 21:11

Xərçəng xəstəliyi ilə mübarizədə faydalı olan məhsulların adları açıqlanıb.

 

Aztibb.az xarici KİV-lərə istinadən xəbər verir ki, araşdırmalara görə, yediyiniz qidalarla onkoloji xəstəliklərin qarşısını almaq mümkündür.

 

Almanın tərkibində olan polifenolun şişlərə qarşı qoruma xüsusiyyətləri mövcuddur. Bitki mənşəli bu maddə iltihabın, ürək-damar xəstəliklərinin və infeksiyaların qarşısını ala bilər.

 

Bundan başqa, zərərli hüceyrələrin böyüməsini azaldan və bağırsaq şişlərini məhv edən brokoli, gül kələmi və kələm də xərçəng əleyhinə güclü təsir göstərir. Sağlam qidaların siyahısına yerkökü də daxildir. Tərkibindəki beta-karoten immun sistemi üçün çox faydalıdır.

 

Balıq yağı və qoz-fındıq da onkoloji xəstəliklərin düşmənidir.

 

Paxlalar və təbii qəhvə qoruyucu funksiyalara malikdir. Həmçinin qəhvə orqanizmi qaraciyər xərçəngindən qoruyur.

 

Pomidor tərkibindəki yüksək antioksidantlara görə, sizi xərçəngdən sığortalaya bilər. Alimlər qaynadılmış pomidor məhsullarının prostat xərçənginin qarşısını almaqda effektiv olduğunu da açıqlayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib