Onkoloq Əkbər Mehdiyevin anadan olmasının 75, əmək fəaliyyətinin 50 illiyi qeyd olunub  
13.06.2023 10:07
Naxçıvan Onkoloji Mərkəzinin Radiologiya şöbəsinin müdiri Əkbər Mehdiyevin anadan olmasının 75, muxtar respublika səhiyyəsindəki fəaliyyətinin 50 illiyinə həsr olunan tədbir keçirilib.
 
Aztibb.az-a Naxçıvan Səhiyyə Nazirliyindən verilən xəbərə görə, yubilyar həkim Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif edilib və onkoloq-həkimə hədiyyələr təqdim olunub.
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov Əkbər Mehdiyevin həyat və yaradıcılığından, elmi-ictimai fəaliyyətindən bəhs edib. Bidirib ki, 15 iyun 1948-ci ildə Babək rayon Məmmədrza Dizə kəndində anadan olan Əkbər Mehdiyev 1967-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub, 1973-cü ildə həmin universiteti bitirərək Naxçıvan Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim kimi fəaliyyətə başlayıb. 1973-cü ilin ilin noyabr ayında və 1974-cü ilin fevral ayında Rusiyanın Stavropol şəhərində Xüsusi Təhlükəli İnfeksion xəstəlikləri üzrə kurs keçib. Həmin ildən də Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Radio Biologiya Bölməsinə kiçik elmi işçi olaraq qəbul olunub.
 
Diqqətə çatdırılıb ki, Əkbər həkim 1986-cı ildən Naxçıvan Onkoloji Mərkəzdə çalışır. O, hazırda Radiologiya Şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirməkdədir.
 
Bildirilib ki, xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxıb. Sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərə böyük ehtiram göstərilib. Belə həkimlərdən olan Əkbər Mehdiyevin onkologiya sahəsində xidmətləri danılmazdır.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib