"Dahi təbiblər" rubrikası təqdim edir: Azərbaycan SSR səhiyyə naziri Kübra Fərəcova
12.06.2023 16:03
"Dahi təbiblər" rubrikasında Azərbaycan SSR Səhiyyə naziri, Əməkdar həkim, qadın savadsızlığına qarşı mübariz öndərlərdən biri Kübra Fərəcova haqqında məlumatları təqdim edirik. 
 
Kübra Yəhya qızı Fərəcova 16 may 1907-ci ildə Qubada anadan olub. Əvvəl ibtidai rus-tatar məktəbini, sonra isə birillik Tağıyev Qadın Gimnaziyasını bitirib.
 
1924-cü ildə Göyçaya köçən K.Fərəcova iki il burada və Ağdaş rayonunda müəllimlik edib. 1926-cı ildə Qazax rayonunda məskunlaşaraq uşaq bağçasında tərbiyəçilik edib. O, 1929-1933-cü illərdə indiki Azərbaycan Tibb Universitetində oxuyub.
 
Kübra Fərəcova 1931-1979-cu illərdə Azərbaycan SSR Xalq Səhiyyə komissarının müavini, Azərbaycan SSR Səhiyyə naziri, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi və digər vəzifələrdə işləyib.
O, Kürdəmirdə qız məktəbini təşkil edib və müəllim kimi çalışıb. Bu məktəbə 50-yə qədər qız cəlb edən həkimə Kürdəmirdə “Qadın savadsızlığına qarşı mübariz öndərlərdən biri” deyiblər.
K.Fərəcova SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
 
1960-cı ildə Fərəcova Sovet pediatrı və Azərbaycan SSR-in Əməkdar həkimi adlarına layiq görülüb. Həmçinin “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilib.
 
Həkim 1950-1979-cu illərdə Elmi-Tədqiqat Pediatriya İnstitutuna rəhbərlik edib.
 
K.Fərəcova, həmçinin Ümumittifaq Pediatriya Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, Respublika Pediatriya üzrə Attestasiya Komissiyasının sədri, Pediatriya cəmiyyətinin sədri olub.
 
O, 1988-ci ildə Bakı şəhərində vəfat edib.
 

1992-ci ildə Azərbaycan Respublikası səhiyyə nazirinin əmri ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna Kübra Fərəcovanın adı verilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev