Gəncədə yeni patronaj modelinin tətbiqi ilə bağlı təlim təşkil edilib
12.06.2023 14:24
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında (ŞBX) yeni patronaj modelinin tətbiqi ilə bağlı təlim keçirilib.
 
Aztibb.az-a Xəstəxanadan verilən məlumata görə, tədbirdə Gəncə ŞBX-nin nəzdindəki Ailə Sağlamlıq Mərkəzlərində (ASM) fəaliyyət göstərən tibb bacıları və mamalar iştirak ediblər.
 
“Yeni patronaj modelinin tətbiqi, hesabatlılığın aparılması. Ekoxəritənin və İDİR tətbiqi qaydaları” mövzusunda baş tutan yığıncaqda çıxış edən Gəncə ŞBX-nin İlkin Səhiyyə Xidməti üzrə direktor müavini Xalidə Sadıqova yeni patronaj modelində tibb bacısının yeni rolunun əhəmiyyəti barədə danışıb.
 
Daha sonra Cavadxan ASM-in həkim-pediatrı Sədayə İsgəndərova çıxış  edərək ekoxəritənin tətbiqi ilə bağlı məlumatları diqqətə çatdırıb. İDİR tətbiqi ilə bağlı isə Cavadxan ASM-şöbə müdiri Nurlana Zeynalova çıxış edib. 
 
Tədbirdə ekoxəritənin çəkilmə qaydaları və praktik istifadəsi nümunələr üzərində müzakirələr aparılıb.
 
Daha sonra toplantıda inkişafın dəstəklənməsi və izlənməsi üzrə beynəlxalq rəhbərliyin qeydiyyatının aparılma qaydaları müzakirə olunub.
 
Qeyd edək ki, bu təlimlərin növbəti həftələrdə də davam etdirilməsi planlaşdırılır.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev