Uşaqlıq miomasının əlamətləri hansılardır?
12.06.2023 05:39

Miomalar uşaqlığın əzələ toxumasından qaynaqlanan xoşxassəli şişlərdir.

 

Aztibb.az-ın xəbərinə görə, bəzi vaxtlarda miomanın əlamətləri olmur, çünki miomaların ölçüləri, təsiri kiçik olur və yaxud da probleminiz olur, həkim müayinə etdikdə miomaların olduğunu görür. Hətta bəzi qadınlarda klimaks dövründə onlar sovurulurlar, kiçilirlər. Miomalar böyüyüb və ətraf toxumaları sıxanda artıq əlamətləri üzə çıxmağa başlayır.

 

Uşaqlıq miomasının əlamətləri hansılardır?

 

Aybaşı qanaxmasının sürətlənməsi və uzun müddət davam etməsi;

Qan laxtalarının ifraz olunması:

Aybaşıdan əlavə digər vaxtlarda qanaxma;

Qarının aşağı hissəsində və beldə ağrılar, ağrılar kütdürsə, sızıltıların olması;

Qəfil ağrı tutmaları;

Qonşu orqanların, sidik kisəsinin, bağırsaqların sıxılması ilə onların funksiyasının pozulması, məsələn tez-tez sidik ifrazı, qəbizlik;
Ayaqcıqlı, saplı miomaların burulması ilə qan dövranında pozulma, hətta burulmuş hissənin məhvi ilə kəskin ağrılar;

Hamiləliyin 20 həftəsindən sonra müşahidə oluna bilən aşağı boş venanın sıxılması ilə tənginəfəslik, ürək döyüntülərinin artması;

Çoxdüyünlü miomalar zamanı sonsuzluq (30% qadında müşahidə olunub) və s.

 

Miomaların simptomları fərqli olur, ona görə də həkim müayinəsi mütləqdir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev