Hipofiz adenoması necə müalicə və əməliyyat olunur? - Neyrocərrah AÇIQLADI
11.06.2023 10:28

Hipofiz adenoması beyin şişləri arasında rastgəlmə tezliyinə görə 4-cü yerdədir. Xoşxassəli şişlərdir və adətən çox yavaş böyüyürlər.

 

Bu barədə Aztibb.az-a Respublika Neyrocərrahiyyə Xəstəxanasının neyrocərrahı Rauf Sadıqov məlumat verib. 

 

Həkim bildirib ki, hipofiz adenomasının nadirən bədxassəli formaları olsa da, onlar özünü xoşxassəli şişlər kimi aparır. Adenomalar hipofiz vəzindən əmələ gəlirlər və adətən 30-40 yaş arası insanlarda görülürlər. Kliniki təzahüründən asılı olaraq şiş hormonal aktiv və ya lal şiş olur.

 

Rauf Sadıqovun sözlərinə görə, xoşxassəli olmasına baxmayaraq, böyüyüb bir çox problemlər yaratdığından cərrahi müdaxilə tələb oluna bilər. Son dövrlər ən uğurlu metod endoskopik cərrahiyyədir.

 

Neytocərrah hipofiz adenoması üçün endoskopik üsulun üstünlüklərini də sadalayıb.

 

Qeyd edib ki, klassik üsula görə üstünlüyü dodaq nahiyəsində hissizliyin olmaması, burun qanaxması, burun tıxanıqlığı kimi şikayətlərin daha az olması, tampon istifadə edilməməsi və daha az invaziv olduğuna görə xəstəxanada qalma müddətinin daha az olmasıdır:

 

"Eyni zamanda, sellanın mikroskopla görünməsi mümkün olmayan hissələrinin bucaqlı endoskoplarla görülərək şişin tam olaraq təmizlənməsi, sfenoid sinusun yan tərəfindəki şah damar, görmə sinirinin endoskoplarla təqib edilərək qorunması mümkün olur.

 

Əməliyyatdan sonra xəstəxanada yatış müddəti daha az olur".

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev