Uşaqlarda qarın ağrısının ƏSAS SƏBƏBLƏRİ
08.06.2023 15:53
Uşaqlarda qarın ağrısı bir çox fərqli səbəbə bağlı ola bilər.
 
Nərimanov Tibb Mərkəzinin tabeliyində fəalliyyət göstərən Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) şöbəsinin müdiri Nərmin Səmədova Aztibb.az-a qarın ağrısına ən çox rast gələn səbəbləri açıqlayıb.
 
Həkim bildirib ki, bunlardan biri həzm problemləridir. Belə ki, uşağın həzm sistemi hələdə inkişaf etməkdə olduğundan, bu problemə bağlı olaraq qarın ağrısı ola bilər. Qaz, qəbzlik, ishal, mədə bulantısı və ya mədə turşuluğu kimi şikayətlər uşaqlarda rast gəlinə bilər.
 
Onun sözlərinə görə, uşaqlarda qarın ağrısı infeksiyalardan da qaynaglana bilər. Məsələn, sidik yolları infeksiyaları bağırsaq infeksiyaları və ya tənəffüs yolu infeksiyaları da qarın ağrısına yol aça bilər.
 
Nərmin Səmədova yad cisimin də uşaqlarda rast gəlinən qarın ağrısının səbəblərindən olduğunu deyib. Bildirib ki, uşaqlar adətən oyun sırasında kiçik yad cisimləri udarlar. Bu cisimlər isə bağırsaqda ilişərək qarın ağrısına səbəb ola bilər.
 
"Stres ve psixoloji narahatlıq, appendisit və digər cərrahi xəstəliklər kəskin qarın ağrısına səbəb ola bilər. Əgər uşağınızda qarın ağrısı şikayətləri varsa vaxtinda həkimə müraciət etməyiniz məsləhətdir. Həkim uşağınızın simptomlarını qiymətləndirərək uyğun diaqnoz və müalicə təyin edəcəkdir" - deyə o, əlavə edib.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev