Yaz-yay aylarında viruslardan necə qorunmaq lazımdır?
07.06.2023 11:15
Yaz və yay aylarında bəzi infeksiyaların yayılması daha çox müşahidə olunur. Bu səbəbdən vətəndaşlar viruslardan qorunmaq üçün bəzi qaydalara riayət etməlidir.
Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aişə Kərimova Aztibb.az-a bildirib ki, yaz aylarında havaların isinməsilə əlaqədar əsasən qidalar vasitəsilə yayılan mikroorqanizmlər ishallara səbəb ola bilir:
“Bu aylarda mümkün qədər ev qidalarına üstünlük vermək lazımdır. Çünki havalar isindikdən sonra qidaların tez xarab olması, onların hazırlanma qaydalarına riayət edilmədikdə daha tez sıradan çıxması və mikroorqanizmlərdən təmizlənməməsi ishallara səbəb olur. Yaz aylarında əhali arasında təkcə bakterial infeksiyalara yox, həmçinin virus mənşəli ishallara da sıx rast gəlinir. Virus mənşəli ishallarda adətən biz çox temperatur görmürük, ishal bir həftəyə qədər davam edə bilir.
Qeyd etmək lazımdır ki, boğaz ağrıları ilə müşahidə olunan adenovirus mənşəli viral infeksionlara da sadəcə qış aylarında deyil, yaz aylarında da, xüsusən mayın sonu, iyunun əvvələrində rast gəlmək olur. Bu zaman yüngül temperatur, baş ağrısı, boğaz ağrısı, burun ağrısı, qusma, ishal müşahidə oluna bilər”.
Həkim sözügedən aylarda daha çox ev qidalarına üstünlük verməyin məsləhətli olduğunu qeyd edib:
“Daha çox lifli qidalara, evdə bişmiş qidalara üstünlük verilməlidir. Az bişmiş ətdən və ət məhsullarından, xüsusən suşi kimi az bişmiş və bişməmiş balıq məhsullarından, kremli, mayonezli salatlardan isti aylarda çox istifadə etməmək məsləhətlidir. Çirkli ərazilərdən tutulan və az bişmiş dəniz məhsullarından uzaq durmaq məqsədəuyğundur. Süd məhsullarından istifadə edərkən diqqətli olmaq, yumşaq pendirləri tükətməmək, pendirin hazırlanma şəraitinə diqqət etmək lazımdır”.
Aişə Kərimovanın sözlərinə görə, isti aylarda bölgələrə və ya xarici ölkələrə səyahət zamanı təmizliyindən əmin olmadığımız sulardan içməmək, yeməklərdə bu sulardan istifadə etməmək və bu sularla çimməmək məsləhət görülür. Küçələrdə açıq satışda olan qidaları istifadə etməmək lazımdır.
Bu bölməyə aid digər xəbərlər
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
24.08.2026 | 22:35
Dəridə yazı kimi izlər niyə yaranır? Dermatoqrafizm haqqında
24.08.2026 | 21:27
Ayurvedik qidalanma sağlamlıq üçün nə dərəcədə faydalıdır?
24.08.2026 | 19:15
Saç mezoterapiyası haqqında 5 vacib məqam
24.08.2026 | 18:09
Ürək çatışmazlığının diaqnostikasında BNP-nin rolu
24.08.2026 | 17:12
Bu yaşda yeniyetmə qızların beynində dəyişikliklər baş verir - Valideynlərin diqqətinə!
24.08.2026 | 15:20
Appendisit: əlamətləri nələrdir?
24.08.2026 | 09:45
Hicama: ənənəvi üsul haqqında müasir tibbin yanaşması
23.08.2026 | 20:49
Qaraciyər yağlanması ilə piylənmə arasındakı əlaqə
23.08.2026 | 19:50
Qadın sağlamlığı üçün yaşa görə vacib müayinələr
23.08.2026 | 18:49
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
17.08.2026 | 19:14
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
15.08.2026 | 09:15
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
15.08.2026 | 11:38
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
15.08.2026 | 16:58
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
15.08.2026 | 14:09
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
15.08.2026 | 13:35
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
18.08.2026 | 09:29
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
16.08.2026 | 09:39
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
16.08.2026 | 12:42
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
15.08.2026 | 12:52
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
19.08.2026 | 12:24
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
15.08.2026 | 09:34
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
18.08.2026 | 13:12
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
21.08.2026 | 08:20
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
20.08.2026 | 16:09

