İSİM festivalda fəal iştirakına görə təltif olunub  
06.06.2023 10:30
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda keçirilən “Xilasetmə” festivalında fəal iştirakına görə “Təşəkkürnamə” ilə təltif olunub.
 
Aztibb.az-ın xəbərinə görə, Azərbaycan xalqının Ulu Öndərinin xatirəsini yaşatmaq, gənclərin elmə marağını artırmaq məqsədilə keçirilən festival xilasetmə sahəsində elmi yanaşmaların öyrənilməsi, yeni çağırışların müzakirə edilməsi istiqaməti üzrə xilasetmə və təhlükəsizlik sahələrində elmi nailiyyətlərin sərgilənməsi, milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması ilə yadda qalıb.
 
FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, Radiasiya Problemləri İnstitutunun baş direktoru, professor İslam Mustafayevin iştirakı ilə keçən festivalda İSİM və digər qurumlar təmsil olunub. Festivalda FHN, Daxili İşlər Nazirliyi olmaqla müxtəlif qurumlar – Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri və Radiasiya Problemləri İnstitutu, Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutu, respublikanın 15-ə yaxın ali təhsil müəssisələri, habelə kommersiya və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
 
Festival çərçivəsində nümayiş olunan sərgidə iştirakçılar FHN-ə məxsus xüsusi təyinatlı texnika və avadınlıqlar, o cümlədən müxtəlif təhsil müəssisələri, dövlət və özəl şirkətlər tərəfindən quraşdırılmış stendlərlə tanış olublar.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev