Müasir səhiyyənin keyfiyyət və davamlılığının prioritetləri müzakirə olunub
05.06.2023 13:21

İyunun 5-dən 7-dək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə təşkilatçılığı ilə müasir səhiyyənin keyfiyyət və davamlılığının prioritetləri mövzusunda yüksək səviyyəli beynəlxalq görüş keçirilir.

 

Aztibb.az-a Səhiyyə Nazirliyindən verilən xəbərə görə, tədbir ÜST-nin Avropa Regionunda, xüsusən də Şərqi Avropa və Mərkəzi Asiyadakı xəstəxanaların üzləşdiyi başlıca çağırışları müzakirə etmək üçün 200-dən çox hökumət nümayəndələrini, xəstəxanaların tibb işçilərini və tərəfdaşları bir araya gətirib.


Açılış nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev beynəlxalq görüşün müasir dövr üçün mahiyyəti və məqsədlərindən danışıb. O, bu il Azərbaycanda 100 illik yubileyi qeyd edilən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin ÜST-lə uğurlu əməkdaşlığının əsasını qoyduğunu vurğulayıb: “Milli səhiyyəmizin əldə etdiyi mühüm nailiyyətlər məhz Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə həyata keçirilib”.


Teymur Musayev diqqətə çatdırıb ki, son 15 il ərzində Azərbaycan milli səhiyyə sisteminin infrastruktur, insan kapitalı və bu sahənin modernləşdirilməsi istiqamətində mühüm işlər görülüb: “Bu müddət ərzində müasir avadanlıqlarla təchiz edilmiş 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Peşəkar tibbi kadr potensialının formalaşdırılması və inkişafında mühüm nailiyyətlər əldə edilib, Azərbaycan Tibb Universitetinin tədris planı beynəlxalq standartlara uyğunlaşdırılıb. Eyni zamanda, müalicə-profilaktik mərkəzlərində vətəndaş amili prioritet məqsədə çevrilməklə səhiyyənin paradiqmasını yenidən qiymətləndirmək üçün böyük imkanlar yarandı. Artıq ilkin mərhələ uğurlu nəticələrlə həyata keçirilməkdədir”.


Səhiyyə sistemlərin və dünya iqtisadiyyatının pandemiya rejimindən pandemiyadan sonrakı bərpaya tədricən keçidini vurğulayan nazir səhiyyə sahəsində son fövqəladə hallar zamanı ÜST-nin həlledici və strateji rolunun bir daha təsdiqləndiyini qeyd edib.

 

Onun sözlərinə görə, virusun yayılmasının qarşısını almaq üçün məhdudiyyətlər qoyulub, effektiv mübarizə tədbirləri həyata keçirilib. Qısa zamanda COVID-19 diaqnostika laboratoriyalarının sayı 42-yə yüksəlib, 11 modul tipli yeni xəstəxana istifadəyə verilib. Həmçinin insan resursları səfərbər edilib, həkim və tibb bacıları personalı üçün intensiv təlimlər keçirilib, xəstəxanalar müasir tibbi avadanlıq və dərman vasitələri ilə təchiz olunub. COVID-19 pandemiyası səhiyyə də daxil olmaqla bir çox xidmətlərin mütərəqqi İT həlləri tətbiq edilməklə rəqəmsal transformasiyaya keçidini genişləndirib.

 

“Tədbir dünyada ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinə xüsusi ehtiyac olduğu bir vaxtda keçirilir. İlkin səhiyyə, stasionar və ambulator müalicələr üçün davamlı və sürətli vahid rəqəmsal platformaya transformasiya, səhiyyə sistemlərində müasir menecmentin tətbiqi olduqca aktualdır. Bugünkü tədbir səhiyyə sistemlərinin gələcək ictimai sağlamlıq məsələləri üçün funksionallığının hazırlanmasında mühüm addım olacaq”, - deyə nazir fikrini tamamlayıb.


Daha sonra ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri Klugenin tədbir iştirakçılarına ünvanlandığı videomüraciəti dinlənilib.

 

Beynəlxalq tədbirdə ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı, Moldova Respublikasının səhiyyə naziri Alla Nemerenko, Bosniya və Herseqovinanın səhiyyə və sosial işlər naziri Alen Şeraniç, Yunanıstanın səhiyyə nazirinin müavini Mina Qaqa və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov çıxış ediblər.

 
Qeyd edək ki, tədbirin son günü Azərbaycanın səhiyyə sisteminə həsr olunacaq. Belə ki, müzakirələrdə əsas diqqət ölkənin bu sahədəki xüsusi ehtiyaclarının müəyyənləşdirilməsinə və dəstəyin, həll yollarının göstərilməsində ÜST-nin rolunun müəyyənləşdirilməsinə yönəldiləcək. Bu sessiya yerli və beynəlxalq iştirakçıların, eləcə də ÜST ekspertlərinin fəal iştirakı ilə baş tutacaq. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib