“Onkologiya dövrlərin başlanğıcında” adlı beynəlxalq konfrans təşkil olunub
03.06.2023 16:13

İyunun 2-də Rusiya Federasiyası Səhiyyə Nazirliyi Seçenov Universitetinin Bakı filialının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzin birgə təşkilatçılığı ilə “Onkohemotologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə Rusiya Federasiyasından Seçenov Universitetinin professoru Pərvin Zeynalova, N.İ.Piroqov adına Milli Tibbi Cərrahiyyə Mərkəzinin professoru Vladislav Sarjevski, A.S. Loginov adına Moskva Klinik Elmi-Praktik Mərkəzindən Qalina Dudina, Rusiya Federasiyası Milli Tibbi Tədqiqat Hematologiya Mərkəzindən Mobil Əhmədov, “Lapino” Klinik Hospitalının Xərçəng Mərkəzindən Аhov Аndemirkan və Elxan İbrahimov, Azərbaycan Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin aparıcı mütəxəssisləri Valeh Hüseynov, professor Аzər Кərimov, dosent Çingiz Əsədov müzakirə olunan məsələlərlə bağlı məruzələrlə çıxış ediblər.

 

İyunun 3-də isə Seçenov Universitetinin Bakı filialı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Onkologiya dövrlərin başlanğıcında” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş videofilm nümayiş etdirilib.

 

Tədbiri giriş sözü ilə Seçenov Universitetinin Bakı Filialının rektoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş boyun şişləri şöbəsinin aparıcı cərrah-onkoloqu, tibb elmləri doktoru, professor Əziz Əliyev açıb.


Sonra Milli Onkologiya Mərkəzinin yaradılması ilə bağlı videofilm nümayiş etdirilib.


Daha sonra professor Əziz Əliyev “Baş və boyun şişlərinin cərrahi müalicəsinə müasir yanaşma” mövzusunda məruzə ilə çıxış edib.


Konfransda tibb üzrə fəlsəfə doktorları Yusif Əliyarov, Şəmistan Alıyev, Elxan Kazımov, Günel Hacı, Cavid Qəribov, Əlövsət İsayev, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin İ.M. Seçenov Universiteti adına Birinci Moskva Dövlət Tibb Universitetindən professor Əli Mudunov, Tümen Dövlət Tibb Universitetinin rektoru, professor İvan Petrov, Tümen Dövlət Tibb Universitetinin professoru Rasim Təmrazov, dosent Yelena Qaysina, dosent Mariya Kuzmenko, dosent Anna Loqvinenko, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Vajenin və başqaları çıxış ediblər. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib