Aloe veranın viruslara qarşı möcüzəvi effekti
13.10.2020 09:08

Aloe vera çox istifadə edilən populyar bitkidir. Kosmetika məhsullarının geniş yayılmış inqrediyenti olan bu bitkidən həmçinin də kulinariya sahəsində istifadə olunur. Qədim yunanlar aloe veranı universal panaseya, qədim misirlilər isə “ölümsüzlük bitkisi” adlandırıblar. Koreya Şərq Təbabəti İnstitutunun tədqiqatçıları aloe veranı, həmçinin də virusa qarşı effektiv vasitə baxımından öyrəniblər.

 

Aztibb.az-ın “MedikForum”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat “The American Journal of Chinese Medicine” agentliyi tərəfindən dərc edilib.

 

Tədqiqatçılar aloe veranın A qripinin səbəb olduğu otofagiyanı inhibə edə biləcəyini aşkarlayıblar.

 

Qeyd edək ki, otofagiya, bədəndəki zədələnmiş və ya lazımsız hüceyrə komponentlərini təmizləmək üçün orqanizmin istifadə etdiyi təbii bir prosesdir. Bu proses, virusları öldürərək virus infeksiyalarının idarə edilməsinə kömək edir. Araşdırmalar virusların autofagiyanı idarə edə biləcəyini aşkarlayıb. Bununla yanaşı, araşdırmalar ondan immun sistemini, replikasiyasını keçmək, yoluxmuş hüceyrələrdən çıxarmaq üçün istifadə oluna biləcəyin mümkünlüyünü də göstərdi.

 

AVE-nin kimyəvi analizi kversetinin, katexin hidratın və kempferolun aloe veranın aktiv antivirus komponenti olduğunu təsdiqləyib. Üç birləşmənin sonradan işlənib hazırlanması мРНК M2 virusunun və M2 zülalının təsirini əhəmiyyətli dərəcədə ləngidir. Birləşmənin modelləşdirməsi kversetininin, katexinin və kempferolun M2 zülalı ilə qohumluq əlaqələri məlum M2 zülalının inqibitorlarından daha yüksək ola bilər.

 

Bu nəticələrə əsasən, tədqiqatçılar belə bir qənaətə gəliblər ki, aloe vera H1N1 (donuz qripi) və 1968-ci ilin qrip pandemiyasına görə məsuliyyət daşıyan A tipli H3N2 üçün effektiv antivirus təsirinə malikdir. Qeyd edək ki, A tipli H3N2 qripi aktiv birləşmələrə malik olduğuna görə qrip virusunun səbəb olduğu autofagiyanın qarşısını ala bilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib