Qara zirə xolesterin, şəkər və digər çoxsaylı xəstəliklərdən qoruyur
13.10.2020 08:47

Güclü antioksidantlarla zəngin olan qara zirənin toxumları orqanizmi bir sıra xəstəliklərdən qoruyur. Mütəxəssislər onu müxtəlif yeməklərə əlavə etməyi məsləhət görürlər.

 

Aztibb.az qara zirənin faydalı xassələri barədə aşağıdakıları nəzərinizə çatdırır.

 

- Qara zirə xolesterinin yüksək səviyyəsini aşağı salır. Klinik sınaqlar göstərir ki, qara zirə toxumları damarları bağlayan və infarkt riskini artıran aşağı sıxlıqlı lipoproteinlərdəki zəif xolesterinin səviyyəsini azalda bilir. Qara zirədən müntəzəm qaydada istifadə edilməsi ürəyin uzunmüddətli sağlamlığını təmin edir;

 

- Bitki məhsulunun toxumları antibakterial təsir göstərir, zərərli bakteriyaları məhv edir. Bundan əlavə, onun toxumları bütün zərərli mikroblara, o cümlədən bakteriyalara, viruslara, göbələklərə, parazitlərə qarşı effektiv təsirə malikdir. Soyuqdəyməni aradan qaldırır. Qara zirə toxumlarının tərkibi güclü antioksidant maddələrlə zəngin olduğuna görə, onu soyuqdəymənin qarşısını almaqda istifadə edirlər;

 

- Qaraciyər üçün də faydalıdır. Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, qara zirə qaraciyəri iltihabdan qoruya bilir. Bunun qarşısı vaxtında alınmadıqda isə bu, orqanizmdə ciddi fəsadlar törədə bilər;

 

- Qara zirə şəkəri yüksək səviyyəyə qalxmadan qoruyur. Mütəxəssislər onun qanda şəkərin səviyyəsini aşağı saldığını söyləyir. Bununla yanaşı, qanda şəkərin səviyyəsinin normal qaydada saxlanması üçün qara zirənin müvafiq xassələrə malik olması vurğulanır. Həkimlərin fikrincə, şəkərli diabet xəstələri bu bitki məhsulundan daha çox istifadə etməlidirlər;

 

- Qara zirənin daha bir faydalı xüsusiyyəti, onun orqanizmi mədə xorasından qoruya bilməsidir. Belə ki, bu bitki toxumları həzm sistemi ilə bağlı bir çox mümkün riskləri azaldır, bağırsaqların vəziyyətini yaxşılaşdırır və mədədə iltihablı proseslərin müalicə olunmasında və onların qarşısının alınmasında kömək edir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib