Laçında təcili tibbi yardım briqadası fəaliyyətə başlayıb
28.05.2023 19:37

Dünəndən etibarən Laçın rayonda təcili tibbi yardım briqadası fəaliyyətə başlayıb. Tibb personalı növbəlilik prinsipi ilə 7/24 fəaliyyət göstərəcək.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, Təcili və Təxirəsalınmaz tibbi yardım briqadaları Bakı şəhəri “113” xidmətindən, Xocavənd Rayon Mərkəzi Xəstəxanasından və Laçın Rayon Mərkəzi Xəstəxanasından növbəlilik əsasında ezam olunub.

 

Bundan əlavə, Laçına ötən gün köçən 17 pasiyentə tibb personalı tərəfindən arterial hipertenziya, şəkərli diabet, günvurma səbəbilə yerində yardım olunub.

 

Laçında tibb məntəqəsi hazırlanır.

 

Qeyd edək ki, dünən ilk 20 ailə artıq dünəndən Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək.

 

Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Köç karvanını TƏBİB-in tabeliyindəki “113” xidmətinin Bakı şəhərindən ezam olunan tibbi yardım briqadası da müşayiət edib.

 

TƏBİB tərəfindən Laçına köçürüləcək ailələrin bütün respublika üzrə tibbi müayinələri də təşkil edilib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev