COVID-19-la əlaqədar karantin tədbirləri gücləndirilməlidir? - Baş infeksionistdən açıqlama
12.10.2020 22:04

Hələlik COVID-19 pandemiyası ilə əlaqədar ölkədə karantin tədbirlərinin gücləndirilməsinə ehtiyac yoxdur. Sadəcə olaraq, insanlar arasında maarifləndirmə işini gücləndirmək lazımdır.

 

Aztibb.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.

 

Hazırda koronavirusla bağlı vəziyyətin nəzarət altında olduğunu vurğulayan baş infeksinist əlavə edib ki, virusla əlaqədar maarifləndirmə məsələləri də son günlər ərzində KİV-lər tərəfindən kifayət qədər işıqlandırılır: “Mütləq deyil ki, dövlət hər hansı bir karantin tədbirini gücləndirsin. Hər bir insan şüurlu olaraq, sadə tövsiyələrə əməl etməlidir. Maska taxılmalı, sadə gigiyena qaydalarına riayət edilməli, sosial məsafə gözlənilməli, asqırarkən və öskürərkən respirator gigiyena qaydalarına əməl olunmalıdır.”.

 

T.Eyvazov deyib ki, son günlər ərzində koronavirusa yoluxma sayında müşahidə edilən artım gözlənilən idi: “Hələ yay aylarından buna qarşı hazırlıq işləri görülürdü. Rusiya, Gürcüstan, İran, Türkiyədə də yoluxma sayında artım müşahidə edilir. Artım demək olar ki, bütün dünya üzrə müşahidə edilir. Azərbaycan da bu ümumi qanunauyğunluqlar içində yaşayır, buna görə bizdə də artım olmalı idi”.

 

Baş infeksionist qeyd edib ki, müəyyən təbii faktorlar da bu sayın artmasına öz təsirini göstərir: “Əvvəla, Günəş şüalarının ətraf mühitə təsir etmə müddəti azalıb və o, ətraf mühitə əvvəlki qədər təsir etmir. Bundan başqa, havanın temperatur və rütubət göstəricilərinin dəyişməsi nəticəsində insanlar bəzən geyimlərini düzgün seçə bilmirlər və xəstələnirlər. Havanın temperaturu aşağı düşdükcə insanlar daha çox qapalı mühitdə qalırlar. Soyuq havada yuxarı tənəffüs orqanlarının damarlarının viruslara qarşı müqaviməti azalır. Bunların hamısı virusun yayılması üçün şərait yaradır. Bunlar təbii faktorlardır, amma digər faktorlar da var ki, biz əsas bunun üzərində dayanmalıyıq. Qarabağ müharibəsinin başlanması ilə əlaqədar insanların kültəvi şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi və orada kütləvi şəkildə dayanması sosial məsafənin gözlənilməməsinə səbəb oldu. Digər tərəfdən, yay aylarında yoluxma sayının azalması insanların virusla bağlı məsuliyyətini azaltdı”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub