Yoluxmanın 200-ü keçməsi bizim üçün xəbərdarlıq olmalıdır - Vasif Əliyev 
12.10.2020 22:00

Sanki indi koronavirus insanlar üçün adiləşib, aktuallığını itirib.

 

Aztibb.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. O, bildirib ki, son günlərdə 200-dən artıq yoluxmanın qeydə alınması bizim üçün bir siqnal, xəbərdarlıq olmalıdır:

 

“İnsanlardan çox xahiş edirəm ki, mövcud vəziyyəti nəzərə alsınlar, artıq son günlərdə yoluxma sayı artmağa doğru gedir. Ötən həftələrdə gündəlik yoluxma sayı 100-ün altında idi, bu da cəmiyyətdə arxayınlıq yaratdı. Amma son günlərdə 200-dən artıq yoluxmanın qeydə alınması bizim üçün bir siqnal, xəbərdarlıq olmalıdır. Bu sayın artması insanların bir-biri ilə təmasının artmasına görədir. İnsanlar son günlər sanki koronavirusu unudublar. Gürcüstanda və Ermənistanda artıq yoluxma pik həddə çatır. Bu da bizi daha da ehtiyatlı olmağa sövq edir. Xalqımız sağlam olmalıdır ki, bu gün ön cəbhədə olan insanlarımızın da fikri ailələrinin yanında qalmaz. Yoluxmanın artmaması səhiyyə sisteminə də xeyirdir. Bununla da həkim çatışmazlığı yaranmaz. Yoluxma sayı sürətlə artarsa, xəstəxanalarda çarpayı çatışmazlığı da ola bilər. Savaş gedən ölkədə yaralıların olmasını da nəzərə almaq lazımdır. Yaralı əsgərlərimizə olan tibbi diqqəti artırmaq üçün arxa cəbhədə olan insanlar sağlam olmalıdır ki, ön cəbhəyə bu cür faydalı ola bilək. Virus hələ bitməyib, bunu unutmamalıyıq. Sanki indi koronavirus insanlar üçün adiləşib, aktuallığını itirib. Amma bu virus hələ də aktualdır.

 

Yumşalma o demək deyil ki, biz virusun olduğunu unutmalıyıq, əksinə indi daha da diqqətli olmalıyıq. Biz virusun artdığını artıq xəstəxanalarda real olaraq görürük. Bir ara ictimai nəqliyyatda maskadan istifadəyə ciddi əməl olunsa da, indi bu məsələyə də laqeyd yanaşıldığı müşahidə olunur. Mütləq maskadan istifadə etməli, əllərimizi tez-tez yumalı, sosial məsafəni qorumalıyıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub