Xroniki öskürəyin ən yayılmış səbəbləri hansılardır?
19.05.2023 10:19
Öskürək orqanizmin müdafiə mexanizmidir. Xəstəlik zamanı öskürək nəfəs yollarında yığılan artıq seliyi və ziyanlı maddələri xaric etməyə kömək edir. Lakin bəzən öskürək çox uzunmüddətli olur (8 həftədən artıq). Buna tibbdə "xroniki öskürək" deyilir. Xroniki öskürək xəstəlik deyil, bu müxtəlif pozulmaların simptomudur. Xroniki öskürək uzun müddət ərzində keçməyən öskürəkdir. Bu, çox yayılmış problemdir.
Aztibb.az xəbər verir ki, bu barədə Nərimanov Tibb Mərkəzinin Poliklinika (ümumi xəstəxana üzrə) şöbəsinin müdiri Nailə Bağırova məlumat verib.
Həkim xroniki öskürəyin ən yayılmış səbəblərini sadalayıb:
- Siqaret çəkən insanların əksər hissəsi xroniki öskürəkdən əziyyət çəkir. Siqaret tüstüsü bronxlara çox mənfi təsir edir - bronxların daralmasına və bronxların xroniki iltihabına səbəb olur. Bu səbəbdən siqaret çəkən insanların əksəriyyətində xroniki bronxit aşkar olunur. Digər siqaret tüstüsünün təsiri ilə bağlı olan problem - bronxların xroniki obstruktiv xəstəliyidir. Bu xəstəlik zamanı bronxlarda daralma baş verir. Nəticədə xəstədə xroniki öskürək, tənginəfəslik, havanın çatmaması hissi yaranır. Bir çox hallarda xəstələr bu simptomları ürək xəstəlikləri ilə əlaqələndirirlər.
- Astma xəstəliyi xroniki öskürəyin əsas səbəblərindən biridir. Astma zamanı xəstənin bronxlarında daralma və iltihab baş verir. Astma xroniki öskürək, xırıltı nəfəsalma, boğulma tutmaları ilə müşahidə olunur.
- Reflyüks xəstəliyi də xroniki öskürəyin səbəbi ola bilər. Bu xəstəlik zamanı mədə şirəsinin bir hissəsi qida borusuna və qırtlağa düşür. Nəticədə nəfəs yollarının spazmı əmələ gəlir ki, bunun nəticəsində insan öskürür. Reflyüks xəstəliyinin digər simptomları arasında: qıcqırma, ağızda turş dad.
- Burun ciblərinin iltihabları (rinit, sinusit) də xroniki öskürəyin səbəbi olur. Bu zaman selik burun boşluğundan qırtlağın axra divarından tökülərək nəfəs yolları qıcıqlandırır və iltihaba səbəb olur.
- Bəzi dərman preparatların qəbulu da (xüsusilə hipertoniya zamanı istifadə olunan dərmanların - məsələn, kaptopril və s.) xroniki öskürəyə səbəb olur.
- Xroniki öskürəyin səbəbi həmçinin ağ ciyər şişləri də ola bilər.
Bu bölməyə aid digər xəbərlər
Rusiyalı mütəxəssis: "COVID-19 keçirən insanların təxminən 90 faizində yaddaş pozuntuları müşahidə olunur"
24.10.2026 | 17:17
Yeni elmi yanaşma Altsheymer xəstəliyinin daha dərindən öyrənilməsinə imkan yaradacaq
24.10.2026 | 16:09
Anestezioloqlar əməliyyatdan sonra ürəkbulanma riskini azaltmağın yolunu tapıblar
24.10.2026 | 15:12
Qaragilə - ürəyin sağlamlığına təbiətin töhfəsi
24.10.2026 | 13:06
Uşaqların erkən yaşda peyvənd olunması niyə vacibdir?
23.10.2026 | 11:11
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41

