"Hipertoniya kişilərdə 50, qadınlarda isə 65 yaşdan yuxarı müşahidə olunur" - Kardioloq
17.05.2023 11:30

Yüksək Qan Təzyiqi (Hipertoniya) xroniki xəstəlikdir və onun əsas təzahürü davamlı yüksək qan təzyiqidir. Hipertoniya xəstəliyi daha çox kişilərdə 50 yaşdan yuxarı, qadınlarda 65 yaşdan yuxarı müşahidə olunur.

 
Aztibb.az xəbər verir ki, bu barədə Nizami Tibb Mərkəzinin həkim-kardioloqu İradə Abdullayeva məlumat verib.
 
Həkimin sözlərinə görə, xəstəliyin risk faktorları siqaret çəkmək, hiperxolesterenemiya, irsiyyət və şəkərli diabetdir. Əlavə risk faktorlarına isə lipid spektrinin pozulması, hipodinamiya, mikroalbuminuriya, pozulmuş qlükoza tolerantlığı, artıq bədən çəkisi və piylənmə, qanda yüksək səviyyədə fibrinogen, hormonal kontraseptivlərin istifadəsi və əlverişsiz sosial-iqtisadi şərait aid edilir:
 
“90 % hallarda müşahidə edilən birincili essensial hipertoniya arterial təzyiqin artması üçün aydın bir səbəb olmadan yüksəlmiş qan təzyiqidir. Xəstəliyin qan dövranının tənzimlənməsinə təsir edən genetik və qazanılmış amillərin birləşməsindən qaynaqlandığı güman edilir.
 
Birinci dərəcəli hipertoniyalı xəstələrin şikayətləri və əsasən, ilk əlamətləri tez-tez baş ağrıları, qulaqlarda səs-küy, sinə, ürək bölgəsində ağrı, gün ərzində əhəmiyyətli fiziki yükün olmaması halında yorğunluq, ümumi zəiflik, nasazlıq və s. olur.
 
Birinci dərəcəli arterial hipertoniya xəstəliyində əlavə risk faktorları yoxdursa, müalicə həyat tərzinin korreksiyası ilə başlamalıdır. Görülən tədbirlərdən sonra qan təzyiqində artım davam edərsə, müalicəyə başlanılmalıdır.
 
İkincili və ya simptomatik hipertoniya az rast gəlinən növdür və ümumi halların 10 %-ni təşkil edir. Səbəbləri, əsasən, böyrək xəstəliyi (pielonefrit, hidronefroz, glomerulonefrit və s.), tirotoksikoz, hipotiroidizm, adrenal bezlərin zədələnməsi (feokromositoma), böyrək arteriyasının stenozu (daralması) olur.
 
Arterial hipertoniyanın inkişaf etmiş mərhələsi infarkt və ya beyin qanaması ilə ağırlaşa bilər. Stabil yüksəlmiş qan təzyiqinin daimi əlaməti ürəyin sol mədəciyinin kütləsinin artması və ya hipertrofiyasıdır ki, bu da qəfil ölüm, koronar arteriya xəstəliyi, ürək çatışmazlığı riskini əhəmiyyətli dərəcədə artırır”.
 
İ.Abdullayeva vurğulayıb ki, hipertoniyalı xəstələr üçün düzgün və müalicəvi qidalanma çox vacibdir. Sözügedən xəstələr az porsiyalarla gündə 5-6 dəfə bərabər hissələrlə qidalanmalı, ümumi maye qəbulunu azaltmalı (1,5 litrə qədər), tərəvəz yeməyə üstünlük verməli, heyvan yağı ilə zəngin qidaları mümkün qədər az yeməli (qırmızı ət və ət məhsulları, qızardılmış ət və ət məhsulları), maqnezium, kalium və omeqa-3 ilə zəngin olan qidaları rasionda artırmalıdırlar.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev