Qazax rayonunun Fərəhli kəndində səyyar tibbi müayinə aksiyası təşkil olunub
14.05.2023 11:09

Qazax Müalicə Diaqnostika Mərkəzinin həkim biriqadası tərəfindən Qazax rayonun sərhəd kəndi olan Fərəhli kəndində səyyar tibbi müayinə aksiyası keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, tibbi aksiyada vətəndaşlar terapevt, kardioloq, LOR, cərrah, EKQ müayinələrindən yararlanıblar.

 

Aksiyada 50 nəfər kənd sakini tibbi müayinədən keçib. Həmçinin vətəndaşlara evlərində tibbi xidmət göstərilib. 

 

Əsas məqsəd şəhərdən kənarda yerləşən yaşayış məntəqələrində yaşayan ahıl və həssas qrup insanların tibbi xidmətə əlçatanlığını təmin etmək, icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı onlar arasında maarifləndirmə işləri aparmaqdır.

 

Sağlamlıqlarında problemlər müşahidə olunanlara tövsiyələr verilib. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev