Uzunömürlülük tərəvəzi - Badımcan
11.10.2020 17:45

Badımcan dünyanın bir çox ölkələrinin kulinariyasında geniş istifadə olunur. Şərqdə badımcan uzunömürlülük tərəvəzi adlandırılır. Tərkibindəki ürək fəaliyyətinə müsbət təsir göstərən kalium duzları sayəsində yaşlı insanlara və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə badımcanın istifadəsi məsləhət görülür. Badımcandan hazırlanmış yeməklərin müntəzəm istifadəsi duz balansına xeyirli təsir edir. Buna görə də, maddələr mübadiləsinin pozulması zamanı badımcan pəhrizinə riayət etmək tövsiyə olunur. Badımcan qaraciyər və böyrək, mədə-bağırsaq traktı xəstəliklərinə qarşı mübarizədə kömək edir.

 

Aztibb.az xarici tibb saytlarına istinadla xəbər verir ki, badımcan xolesterinin səviyyəsini aşağı salır. O, güclü təmizləyən xlorogen turşusu mənbəyidir. Bu turşu həmçinin virus, xərçəng və mikrob əleyhinə xüsusiyyətlərə malikdir.

 

Beyinin sağlamlığını gücləndirir. Müəyyən edilib ki, badımcanın müntəzəm istifadəsi yaşlı insanlarda əqli pozuntusunun azaldılmasına kömək edir.

 

Xərçəngə qarşı mübarizə aparır. Badımcanda olan polifenolların antimikrob təsirlərə malik olduğu aşkar edilib. Antioksidantlar hüceyrələri sərbəst radikalların yaratdığı zərərlərdən qoruyur, bu da şiş böyüməsinin və xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır və eyni zamanda xərçəng hüceyrələrinin ölümünü təşviq edir.

 

Diabetə nəzarət etməyə kömək edir. Badımcanda həll olunan karbohidratlar azdır, liflər isə çoxdur, bu da şəkərli diabet xəstələri üçün vacibdir. Aparılan tədqiqatlar badımcanın diabetin müalicəsində və nəzarətində rolunu dəstəkləyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib