“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında TƏBİB tərəfindən tibbi xidmətlərin təşkili təmin edilib
09.05.2023 16:45

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları təhkim olunublar.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, eyni zamanda, TƏBİB-in tabeliyindəki Şuşa Modul Tipli Xəstəxana festival ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib, tibb müəssisəsinə Bakı şəhərindən mütəxəssislər ezam edilib. Hazırda tibb müəssisəsində cərrah, travmatoloq, toksikoloq, terapevt, anestezioloq, dermatoloq, stomatoloq, ultrasəs üzrə mütəxəssislər və s. ehtiyac yarandığı hallar üzrə qonaqlara, xidməti vəzifəsini həyata keçirən digər şəxslərə ixtisaslı xidmət göstərmək üçün hazır vəziyyətdədir.

 

Şuşa şəhərində qonaqların yerləşdirildiyi 2 mehmanxana ərazisi və festivalın keçirildiyi Cıdır düzündə həkim briqadaları növbə çəkir, ehtiyacı olanlara simptomatik tibbi yardım göstərirlər.

 

Tibbi yardıma ehtiyacı olanların Modul xəstəxanasına yerləşdirilməsi üçün hər cür şərait yaradılıb. Modul xəstəxanasında dərman və tibbi ləvazimatların sayı, eləcə də çeşidləri artırılıb.

 

Füzuli və Beyləqan rayon mərkəzi xəstəxanalarında çarpayı və tibbi personal hazır vəziyyətə gətirilib. Hər iki rayon xəstəxanasından 2 tibbi briqada zərurət yarandığı təqdirdə Şuşa şəhərinə ezam üçün hazır vəziyyətə gətirilib.

 

Şuşaya yaxın ərazilərdə yerləşən rayon mərkəzi xəstəxanalarında 24 saat ərzində tibbi xidmətin göstərilməsi üçün lazımi şərait yaradılıb.

 

Qeyd edək ki, 9-11 may tarixlərində davam edəcək festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev