Göz yorğunluğu problemi ilə qarşılaşmamaq üçün...
10.10.2020 21:28

Rəqəmsal ekranlar, kompüterlər və oyunlar göz yorğunluğunun əsas qaynaqları arasında yer alır. Müntəzəm surətdə ekrana baxmaq bir sıra göz problemlərinə səbəb ola bilər. Ekran qarşısında vaxt keçirmək, saatlarla ekrana baxmaq göz sağlamlığımızla yanaşı, emosional inkişafa, sosial münasibətlərə, yuxu keyfiyyətinə, yaddaşa, qavrama qabiliyyətlərinə mənfi təsir edir və əlavə stresə səbəb ola bilir.

 

Aztibb.az xarici KİV-ə istinadən məlumat verir ki, rəqəmsal göz yorğunluğu da ekran qarşısında vaxt keçiməyin gətirdiyi problemlərdən biridir.

 

  1. Gözlərin qaşınması
  2. Gözlərdə qızarıqlıq, yanma hissi
  3. Gözlərdə quruluq
  4. Bulanıq görmə
  5. Baş ağrısı

    Bu əlamətlərlə qarşılaşırsınızsa, göz həkiminə müraciət edin.

 

Problemlə qarşılaşmamaq üçün tələb olunan qaydalar:

 

  1. Ekran işığını artırmamaq;
  2. Mavi işığa qarşı ekran filtrindən istifadə etmək;
  3. Mavi işıq filtri olan eynək taxmaq (bu, çox kömək olsa da, həkimlə mütləq məsləhətləşməli);
  4. Göz nəmləndirici damcılardan istifadə etmək;
  5. Ekran qarşısında işləyərkən tez-tez ara verib uzaq məsafədə olan bir şeyə baxaraq gözləri “idman” etdirmək.

 

Əlamətlər başladıqdan sonra isə ovuclarınızı isidib, çay dəmləyib, pambığa batırıb gözlərinizə qoymaq faydalı olacaq. Ekrandan istifadəni dərhal dayandırıb, açıq havaya çıxmaq da sizə kömək edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib