Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb, kimya sənayesi məhsullarının istehsalı isə azalıb
29.04.2023 18:42

Bu ilin yanvar-mart aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastik kütlə məmulatlarının istehsalının ümumi dəyəri 466,4 milyon manat təşkil edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Bildirilib, ötən ilin eyni dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 68,8 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,9 % artıb, kimya sənayesi məhsullarının istehsalı isə 11,2 % azalıb.

 

Bundan başqa, kimya sənayesi məhsullarından karbamid istehsalı 34,3 %, metanol (metil spirti) istehsalı 48,8 % azalıb, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 72 % , sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı isə 49,5 %, plastmas, çubuqlar, millər və profillərin istehsalı isə 38 %artıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib