Stres zamanı nə etmək lazımdır? - Araşdırma
10.10.2020 12:19

Qorxu, qəzəb, vicdan əzabı. Bu hissləri hamımız keçirmişik. Psixoloqlar belə anlarda insanın sinir sisteminin gərginləşdiyini qeyd edirlər. Bu zaman isə insanlarda ürəkdöyünmə, istilikbasma, titrətmə, qıcıqlanma hissi olur. Bəs bu zaman nə etmək lazımdır? Nə etmək lazımdır ki, belə vəziyyətdə ağıla sahib olmaq mümkün olsun.

 

Psixoloqlar bu zaman 2 variantın olduğunu qeyd edirlər. Stres yaradan sahədən uzaqlaşmaq və ya fikrində məğlub olmaq. Bu bir addım geri çəkilmək kimi də qiymətləndirilə bilər. Vəziyyətin uzanıb daha da irəli getməməsi üçün bu variantların hər ikisi vacib sayılır. Əgər stres baş verən məkandan uzaqlaşmaq mümkün deyilsə, o zaman dərindən nəfəs almaq və diqqətini başqa yönə yönləndirmək lazımdır. Özünüzə gəlmək üçün siz buraya niyə gəlmənizi, harada yaşamanızı, hansı səsləri eşitdiyinizi fikirləşə bilərsiniz.

 

Stresi aradan qaldırmaq üçün mütəxəssislər piyada gəzinti, qaçaraq tullanmaq, mənfi enerjini müxtəlif idman hərəkətləri ilə bədəndən çıxarmaq lazımdır.

 

İkinci variant stresdən uzaq olmaq üçün işlə məşğul olmaqdır. Bu məşğuliyyət riyaziyyat məsələləri həll etməkdən, şeir oxuyub əzbərləməkdən ibarət ola bilər. Bu üsul stres atmaq üçün ən yaxşı vasitədir.

 

Bu zaman siz öz-özünüzə bəzi suallar verə bilərsiniz. Mən bu absurd vəziyyətdən çıxmaq üçün nə edə bilərəm? Mənim hansı məlumatlardan xəbərim var? Bu məsələdə mən hansı qərara gəldim?

 

Stres zamanlarında öz qəzəbinizi boğmağa çalışın.

 

Bu zaman çalışın əsəblərinizə hakim olun. Əgər mübahisə telefonda baş veribsə, o zaman ayaq üstündə durmağa çalışın. Əgər oturaraq danışmaq məcburiyyətindəsinizsə o zaman çalışın stolda rahat oturun.

 

Qarşınızdakı adama qarşı qəzəb hissi duysanız da gülümsəməyə çalışın. Gülümsəyərək qarşındakı adam ilə söhbət eləmək ortalıqda gərginliyin olmamasına səbəb olur. Gülümsəmək neqativ enerjinin aradan qalxmasına səbəb olur. Əgər qarşınızdakı adam sizin gülümsəmənizə layiq deyilsə, o zaman gülümsəyərkən gözlərinizi yumun.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib