Uşaqlarda boyunda tez-tez rast gəlinən şişkinliklər hansılardır?
24.04.2023 10:20

Böyüklərdə və uşaqlarda tez-tez boyunda şişliklərə rast gəlinir. Səbəblər arasında yuxarı tənəffüs yollarının infeksiyası olduğu kimi, daha ciddiləri də vardır. Səbəblər şərti olaraq 3 böyük qrupa bölünür.
1. İnfeksion mənşəli
2. Anadangəlmə
3. Şiş mənşəli (xoş və bədxassəli)

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-radioloq Şəbnəm Topbaştekin məlumat verib.

 

Həkimin sözlərinə görə, infeksion səbəblərə bakteriya, virus və göbələk aiddir. Bu mikroorqanizmlər boyunla bərabər, dişdə, sinuslarda, badamcıqlarda xəstəlik yaratdıqdan sonra orqanizmdə bu prosesə cavab reaksiyası olaraq boyun limfa düyünləri şişir və nəticədə boyunda şişlik yaranır.

 

Radioloq bildirib ki, boyun şişlikləri səbəbi arasında ən çox rast gəlinəni limfa düyünləridir. Bədənimizdə olan limfa düyünlərinin 1/3-i boyunda rast gəlinir. Normal halda onların ölçüsü 1 sm.-ə qədər olmalıdır. Bu ölçüdən böyük olan bütün limfa düyünləri patoloji sayılır: "Bunalara səbəb diş, dişəti infeksiyaları, badamcıqların iltihablanması, qrip və ya başqa burun axıntılı xəstəliklərdir. Belə hallarda xəstəlik zamanı boyun limfa düyünləri şişir və ağrılı olur. Bəzən isə limfa düyünləri daxilində yerləşən infeksiya ilə əlaqədar böyüyür, iltihablanır (absesləşir) və dəri səthinə axa biləcək fistula əmələ gətirir. Limfoma adlanan və limfa düyünlərində rast gəlinən xəstəlik (limfatik sistemin bədxassəli şişi), boyun limfa düyünləri ilə yanaşı qasıqda, qoltuqaltında yerləşən limfa düyünlərində də rast gəlinir. Limfomalarda bu düyünlər getdikcə böyüyür və sayı artır".

 

Şəbnəm Topbaştekin qeyd edib ki, anadangəlmə boyun şişliklərinə böyüklərə nisbətən uşaqlarda daha çox təsadüf edilir. Bunların ən çox yayılmış növləri boyunun orta xəttində olan triqlossal, epidermoid və dermoid kistaları, yan xəttində bronxial kleft kistalarıdır. Bronxial kistalar qulağın önündən boyunun yan tərəfinə aşağıya doğru uzanan, emrional dövrdə dölün çənə, boğaz, üz və boyun toxumalarının əmələ gəlməsi zamanı bu toxumaların anormal birləşməsindən əmələ gəlir.

 

"Triqlossal kistalar udqunma zamanı hərəkətlidir, emrional dövrdə əmələ gəlir. Hemangiomaların ölçüləri müxtəlif olub, uşaq doğulduqdan sonra boyunda özünü ləkə və şişlik kimi göstərir. Limfangiomalar limfatik sistemin qüsuru nəticəsində əsasən boyun sahəsində lokallaşdırılmış kistalar şəklində görünür. Uşaq ağladığı zaman bu şişliklər daha da böyüyə bilir. Boyunda yerləşən toxumaların (qırtlaq, tüpürcək vəziləri, limfa düyünləri, qalxanabənzər vəz və s.) xoş və bədxassəli şişləri də boyunda şişliklərə səbəb olur", - deyə həkim bildirib.

 

Onun sözlərinə görə, uşaqlarda olan boyunun bədxassəli şişlərinə limfomalar və rabdomiosarkomalar aiddir. Limfoma adlanan və limfa düyünlərində rast gəlinən xəstəlik (limfatik sistemin bədxassəli şişi), boyun limfa düyünləri ilə yanaşı qasıqda, qoltuqaltında yerləşən limfa düyünlərində də rast gəlinir. Limfomalarda bu düyünlər getdikcə böyüyür və sürətlə sayı artır. Bəzən də digər orqanların bədxassəli şişləri zamanı limfa düyünü metastazlarına rast gəlinir ki, bu da boyunda şişliklərə səbəb olur. Diaqnoz ultrasəs müayinəsi, maqnit-rezonans tomoqrafiya, komyuter tomoqrafiya, biopsiya ilə qoyula bilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır