Neftçala Rayon Mərkəzi Xəstəxanasının Klinik laboratoriyası müasir avadanlıqlarla təchiz edilib
23.04.2023 08:41

“Neftçala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Klinik laboratoriyası ən son texnoloji yenilikləri özündə cəmləşdirən tam avtomatlaşdırılmış cihazlarla təchiz edilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, laboratoriyanın əsas iş prinsipi preanalitik, analitik və postanalitik mərhələlərin keyfiyyətinə nəzarət etmək, eyni zamanda, pasiyentin dəqiq nəticə əldə etməsi üçün hər bir mərhələnin standartlara uyğun təşkil olunmasıdır.

 

Analitik mərhələdə keyfiyyətə təsir edə biləcək amillərin çoxluğu, müayinə aparılan aparatların sazlığı, reaktivlərin keyfiyyəti, laboratoriya şəraiti nəzərə alınaraq müayinənin bütün mərhələləri beynalxalq standartlar əsasında hazırlanmış prosedur və təlimatlara ciddi riayət olunmaqla aparılır. İnteqrasiya sistemi vasitəsi ilə müayinə və analiz nəticələri bir başa kompüter məlumat bazasına və “E-Təbib“ proqram təminatına daxil edilir. Bu mərhələdə müayinə nəticələri bir neçə yoxlama mərhələsindən keçir, yalnız bütün meyarlar üzrə nəzarətdən keçmiş nəticələr pasiyentə təqdim olunur. Avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısaldılıb.

 

Prereanalitik mərhələdə ən həssas məqamlardan biri bio materialın götürülmə şəraiti, onun analitik mərhələyə daxil olanadək saxlanılması və daşınma şəraitinə düzgün əməl olunmasıdır. Müayinə materiallarının əldə edilməsi üçün ətraf mühit və personalla təmasda olmayan tam steril vakuumlu sistemlərdə istifadə olunur.

 

Laboratoriya olaraq başlıca missiyamız analizlərin düzgün keçirilməsinə nail olmaqdır.Bütün analizlər qapalı şəkildə fəaliyyət göstərən tam avtomatlaşdırılmış cihazlarda icra olunmaqla xəta payı sıfıra endirilmişdir. Belə ki, laboratoriyamızda Abbot( Architect) C4000 biokimyəvi, Sysmex CA-600, Susmex XN- 550 hemoqram, rayto koaquloqramma və sidik analizatorları ilə analizlər ən müasir metodlarla və insan müdaxiləsi olmadan icra olunur.

 

Neftçala Rayon Mərkəzi Xəstəxanası tibb laboratoriyasının xidmət sahələri genişləndirilib. Artıq ambulator və stasionar pasiyentlər “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” Xidmətlər Zərfinə daxil olan laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə biləcəklər. Pasiyentlər analizlərinin nəticələrini analiz verdikləri tibb müəssisənin qeydiyyat şöbəsinə gəlməklə, həmçinin müəssisəyə gəlmədən onlayn şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytı (www.its.gov.az) vasitəsi ilədə əldə edə bilərlər.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev