“Regionlarda toksikoloji və allerqoloji xidmətlərin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Koordinasiya qrupu yaradılıb  
20.04.2023 09:43
TƏBİB-in təşkilatçılığı ilə regionlardakı tibb müəssisələrində toksikoloji və allerqoloji xidmətlərin təkmilləşdirilməsi üzrə layihələr keçirilir.
 
Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, “Regionlarda toksikoloji və allerqoloji xidmətlərin təkmilləşdirilməsi” layihəsi çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin həkim-mütəxəssislərindən ibarət Koordinasiya qrupu yaradılıb. Koordinasiya qrupunda Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov, şöbənin həkim-toksikoloqu Faiq Süleymanov, Nərimanov Tibb Mərkəzinin həkim-allerqoloqu Rasimə Söyziyeva, Mərkəzin nəzdində olan Uşaq Kliniki Xəstəxanasının Allerqologiya və immunologiya şöbəsinin müdiri Lalə Axundova yer alıb.
 
 
TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin təşkilatçılığı, Koordinasiya qrupunun üzvlərinin iştirakı ilə Ucar və Şirvan şəhərlərinə səfər təşkil olunub.
 
Səfər zamanı Göyçay-Kürdəmir və İmişli-Sabirabad rayonlarındakı tibb müəssisələrində çalışan təcili tibbi yardım şöbələrinin həkimləri, həkim-anestezioloq-reanimatoloqlar, həkim-terapevtlər, həkim-pediatrlar üçün seminarlar keçirilib.
 
 
Seminarlar ilan dişləməsi, uşaqlarda qida allergiyası, dərman zəhərlənməsi, toksik epidermal nekroliz, anafilaktik şok, narkotiklərin sui-istifadəsi, alkoqolla bağlı təcili hallar mövzularını əhatə edib.
 
Seminarlar interaktiv müzakirələrin aparılması ilə davam etdirilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev