Bakıda tibb təhsili üzrə beynəlxalq konfrans keçiriləcək
18.04.2023 15:27

Bu ilin 7-10 oktyabr tarixlərində Azərbaycan Tibb Universitetin (ATU) ev sahibliyi ilə Bakıda növbəti beynəlxalq tədbir keçiriləcək. 

 

Aztibb.az-a Universitetdən bildirilib ki, ATU-nun və Pakistanın Riphah Beynəlxalq Universitetinin (RBU) birgə təşkilatçılığı ilə baş tutacaq Tibb Təhsili üzrə Beynəlxalq Konfrans (İnternational Conference on Medical Education – İCME) dünyanın bir çox ölkələrindən mütəxəssisləri bir araya gətirəcək.

 

Konfransın rəsmi təqdimatına həsr olunmuş onlayn görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Məmmədov, Riphah Beynəlxalq Universitetinin prorektoru, professor Anis Ahmad, ICME-nin prezidenti, general, professor Azhar Rashid, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev və Riphah Beynəlxalq Universitetinin prorektorunun müavini, professor Yaver Hayat tədbirin önəmi ilə bağlı əsas məsələləri iştirakçıların diqqətinə çatdırıblar.

 

Facebook üzərindən canlı yayımlanan görüşdə konfransın tibb ictimaiyyəti üçün böyük əhəmiyyət daşıdığı vurğulanıb. Təşkilatçılar “ICME-2023 Bakı” toplantısının böyük uğurla keçəcəyindən əminliklərini bildiriblər.

 

Qeyd edək ki, nüfuzlu ICME konfransının əsas məqsədi tibb təhsili üzrə ekspertlər və pedaqoqları bir araya gətirməklə bu sahədəki son yenilikləri və standartları müzakirə etmək, təcrübə mübadiləsinin aparılması və bu sahədə beynəlxalq platforma yaratmaqdan ibarətdir.

 

Bakı konfransında Dünya Tibb Təhsili Federasiyasının (World Federation for Medical Education -WFME) Prezidenti Ricardo Leon-Borquez, ECFMG-nin prezidenti, Queensland Universitetinin fəxri professoru, Uilyam Pinsky,  “Ras Al Khaimah” Tibb və Səhiyyə Elmləri Universitetinin (RAKMHSU) prezidenti Ismail Ibrahim Matalka və tibb təhsili üzrə digər dünya miqyaslı qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

 

Tibb təhsili üzrə ilk beynəlxalq konfrans 2009-cu ildə İslamabadda baş tutub. İki ildən bir təşkil olunan tədbir sonradan Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Türkiyə və İndoneziyada keçirilib.

 

Növbəti ICME konfransının Bakıda keçirilməsinə qərar verildikdən sonra dərhal tədbirin təşkili üzrə işlərə başlanılıb. Son bir neçə ay ərzində hər iki universitetin nümayəndə heyətləri tərəfindən məsələ ilə bağlı mütəmadi müzakirələr aparılıb, işlər planı dəqiqləşdirilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib