İzmirdə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib
17.04.2023 15:26

Azərbaycan Parlamentinin Səhiyyə Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvləri, millət vəkilləri - Anar İsgəndərov, Azər Badamov, YAP Təftiş Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı, YAP Binəqədi rayon təşkilatının sədri Vüqar İsmayılov və Türkiyədən olan siyasi, ictimai xadimlər İzmirin Karşıyaka səmtində yerləşən Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, büstü önünə tər gül dəstələri qoyublar.

 

Ulu Öndərin abidəsinin önündə çıxış edən Əhliman Əmiraslanov Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli və keşməkeşli ömür yolundan danışıb, Azərbaycan xalqının həmrəyliyi, dövlətimizin möhkəmlənməsi yolunda yürütdüyü siyasət barəsində fikirlərini bölüşüb.  Qeyd edib ki, Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamı ilə sağlam təməllər üzərində qurulan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla davam etdirilir.   

 

Nümayəndə heyəti, həmçinin Azərbaycan Dostluq Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib və önünə çiçək dəstələri düzüb. 

 

Daha sonra  Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti, mayın 14-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçiriləcək 28-ci çağırış parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının İzmirdən olan namizədlərinin təqdimat mərasimində  iştirak ediblər. 

 

Mərasimdə Türkiyə Cümhuriyyətinin qurucusu, qazi Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib. Toplantını hakim Ədalət və İnkişaf Partiyasının İzmir başkanı Bilal Saygılı açıq elan edib. O, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə əldə etdiyi uğurlardan bəhs edib: "İndi növbə daha çox birləşməkdə, çalışmaqda və mayın 14-də keçiriləcək seçkilərdən uğurla çıxmaqdadır. Bizim sözümüz sözdür, gücümüz də böyükdür".

 

Tədbirdə çıxış edən Əhliman Əmiraslanov bu yaxınlarda Türkiyədə böyük fəlakətlərə yol açan zəlzələdən  təəssüf  hissi doğurduğunu bildirib. O deyib: "İlk dəqiqələrdən etibarən Azərbaycan Prezidenti İlham Əliyev və dövlətimiz qardaş ölkənin yanında oldu. Azərbaycan Prezidenti hər zaman qeyd edir ki, Türkiyə və Azərbaycan bir yumruq və bir vuran ürəkdir. Azərbaycan və Türkiyə qardaşlığı bu gün sürətlə inkişaf edir. Dünyada belə formada əməkdaşlıq əlaqələri quran başqa ölkələr tapmaq mümkün deyil. Türkiyənin sevincini öz sevincimiz, kədərini öz kədərimiz bilirik". Ə.Əmiraslanov söyləyib ki, 44 günlük Vətən müharibəsi zamanında qardaş ölkənin Prezidenti və xalqı Azərbaycanın yanında olub: "Bunu Azərbaycanda hər kəs bilir və bununla qürur duyur. Türkiyə son 20 ildə çox böyük uğurlara imza atıb. Sənayedən hərbiyə qədər inkişaf edib. Biz Türkiyənin uğurları ilə fəxr edirik. Türkiyənin belə bir güclü lideri və Türkiyə ilə qürur duyuruq, fəxr edirik. İnanırıq ki, Türkiyə xalqı düzgün seçim edəcək. Əminəm ki, bizim də ürəyimizdən olan bir seçim olacaq".         

                                                                 

"Respublika" qəzeti

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub