Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür
17.04.2023 09:19

Ciddi xəstəlik hesab edilən hemofiliya vaxtında aşkarlanmazsa, ölümlə nəticələnə bilər. Bu gün dünyada hemofiliya xəstəliyinin tanınması və əhalinin kifayət qədər məlumatlandırılması üçün geniş tədbirlər görülür. 17 aprelin Ümumdünya Hemofiliya Günü kimi elan edilməsi bu tədbirlərin ən əlamətdarıdır. Ümumdünya Hemofiliya Günü hazırda dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur.

 

Aztibb.az xəbər verir ki, Ümumdünya Hemofiliya Gününün keçirilməsi təşəbbüsü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Ümumdünya Hemofiliya Federasiyasına məxsusdur və ilk dəfə 1989-cu ildə keçirilib. Həmin tarixin seçilməsi Dünya Hemofiliya Federasiyasını yaratmış Frenk Şnaybelin doğum günü ilə əlaqədardır.

 

Nəinki hemofiliyalı xəstələrin, eləcə də digər qan xəstəliklərindən əziyyət çəkən kişilərin, həmçinin qadınların müalicəyə əlçatanlığını təmin etmək, ictimaiyyətin diqqətini hemofiliya xəstəliyindən əziyyət çəkən insanlara dəstək olmağa cəlb etmək, hemofiliyalı xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün Hemofiliya Günü ilə bağlı dünyanın bir çox ölkəsində müxtəlif proqramlar və aksiyalar həyata keçirilir.

 

Hemofiliya qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar olan irsi xəstəlikdir. Xəstəliyin müalicəsi yoxdur, lakin xəstənin orqanizmində çatışmayan qanın laxtalanması amilinin inyeksiya edilməsi yolu ilə xəstəliyin gedişinə tamamilə və uğurlu şəkildə nəzarət edilir. Bu məqsədlə istifadə edilən laxtalanma amili əksər hallarda donor qanından götürülür. Ciddi xəstəlik hesab edilən hemofiliya vaxtında aşkarlanmazsa, ölümlə nəticələnə bilər. 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib