Pandemiya rəqəmsal dünyaya keçidi sürətləndirdi  
09.10.2020 16:04

Koronavirus pandemiyası rəqəmsallaşdırma prosesinin sürətlənməsinə gətirib çıxardı - istehlakçılar indi daha çox onlayn alış-veriş edirlər, getdikcə daha çox insan əsas informasiya və əyləncə mənbəyi kimi internetdən istifadə edir. 

 

Aztibb.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) ekspertləri tərəfindən aparılan araşdırmanın nəticələridir. Mütəxəssislər Çin, Almaniya və Rusiya da daxil olmaqla, bir neçə ölkənin sakinləri arasında sorğu keçirib.

 

Koronavirus epidemiyası başlayandan bəri elektron və rəqəmsal məhsulları onlayn satın alanların sayı 10 faiz, əczaçılıq məhsulları, həmçinin bağçılıq alətləri və avadanlıq alanların sayı 9 faiz, mebel 8 faiz, kosmetika və fərdi qulluq əşyaları alanların sayı 6 faiz artıb. Onlayn kurs keçənlərin sayı 8 faiz artıb.

 

“COVID-19 pandemiyası rəqəmsal dünyaya keçidi sürətləndirdi. İndi baş verən dəyişikliklər, qlobal iqtisadiyyat bərpa olunmağa başlayanda uzunmüddətli nəticələrə səbəb olacaq”, – deyə UNCTAD rəhbəri Mukisa Kituyi qeyd edib.

 

Respondentlərin yarıdan çoxu indi mal və xidmətləri internetdə daha çox sifariş etdiyini bildirib.

 

Onlayn alış-verişdə ən böyük artım inkişaf etməkdə olan ölkələrdə baş verib. Pandemiyadan əvvəl geniş yayıldığına görə elektron ticarətdə ən kiçik artım Almaniya və İsveçrədə qeyd edilib.

 

Eyni zamanda, pandemiyanın yaratdığı iqtisadi böhran və işsizlik səbəbindən internetdəki istehlakçı xərcləri azalıb. Ən çox zərər turizm sektoruna dəyib. Orta hesabla istehlakçılar səyahətə əvvəllər olduğundan 75 faiz daha az xərcləyib.

 

Onlayn rabitə sahəsindəki nəhənglər arasında "WhatsApp", "Instagram" və "Facebook", eləcə də "Messenger" pandemiya dövründə ən populyar şəbəkələr hesab edilir. Eyni zamanda, getdikcə daha çox insan "Zoom və "Microsoft Teams"da video zəngləri seçir.

 

Ekspertlər, həmçinin kiçik müəssisələrin onlayn ticarətə keçməyə daha yaxşı hazır olduqlarını da müəyyən ediblər.

 

Inveon elektron ticarət platformasının qurucusu və Baş direktoru Yomi Kastro deyib: “Elektron ticarəti öz iş strategiyalarının əsasına çevirən şirkətlər, pandemiyadan sonrakı dövrə hazırdır”.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub