Rusiya klinikasının baş həkimi rezident və həkimlər üçün seminar keçəcək
20.07.2020 15:02

Rusiyanın Moskva şəhərinin "LM-klinika" özəl tibb müəssisəsinin baş həkimi, həkim-ginekoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Xumar Məmmədova tərəfindən iyulun 25-də, saat 21:00-da "Papillomavirus infeksiyası: müasir müayinə və müalicə metodları" mövzusunda videokonfrans keçiriləcək.

 

Tədbirin əsas məqsədi xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını yerli tələbə və mütəxəssislərlə bölüşməsidir.

 

Videokonfransda iştirak etmək istəyən rezident və həkimlər bu linkə daxil ola bilərlər.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi və Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq çərçivəsində həkim-rezidentlərə onlayn seminarlar keçirilir. Onlayn seminar, mühazirə və konfranslar Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı”ı çərçivəsində reallaşır.

 

Tibbin müxtəlif sahələrini əhatə edəcək onlayn seminar, mühazirə və konfransların silsilə xarakter daşıması nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub