Üç saat ərzində mədə xərçəngini təyin edə bilən yeni üsul
05.04.2023 15:40

Türkiyənin Karabük Universiteti (KBU) Mühəndislik fakültəsi Tibb mühəndisliyi bölməsində çalışan alimlər mədə xərçənginin erkən diaqnozu üçün yeni üsul hazırlayıblar.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir.

 

Belə ki, KBU Tibb fakültəsinin professoru Harun Erol, Hacettepe Universitetinin müəllimi, prof. Bekir Salih və KBU Biotibb Mühəndisliyi məzunu Deniz Baran Demirhanın dəstəyi, dos. Hacı Mehmet Kayılı və təlimatçı prof. Hakan Yılmazın rəhbərliyi ilə mədə xərçənginin sürətli və dəqiq diaqnozu üçün araşdırma aparılıb.

 

Dos. Hacı Mehmet Kayılı jurnalistlərə açıqlamasında bildirib ki, mədə xərçəngi Türkiyədə və dünyada ən çox rast gəlinən xərçəng növlərindən biridir.

 

Müalicənin erkən diaqnoz qoyulduğu təqdirdə təsirli olduğunu qeyd edən M.Kaylı mədə xərçənginin daha sürətli diaqnozu üçün bioanalitik üsul hazırladıqlarını deyib.

 

Xəstədən alınan nümunələrin patoloji şöbəyə göndərildiyini və nəticələrin bir həftə ərzində alındığını izah edən Kaylı, "İnkişaf etdiyimiz üsul bioanalitik, biokimyəvi bir üsuldur. Bu üsulla patoloji analizə ehtiyac olmadan mədə xərçəngi 3 saata müəyyən edilə bilər", - deyə bildirib. Qeyd edib ki, bu yolla xəstələrə daha erkən diaqnoz qoyula və müalicə prosesinə tez bir zamanda start verilə bilər. 

 

Professor əldə edilən nəticələrin İngiltərədə nəşr olunan Analyst elmi jurnalında dərc edilmək üçün qəbul edildiyini söyləyib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Mərkəzi Neftçilər Xəstəxanasında Beynəlxalq Tibb Bacıları Günü münasibətilə tədbir keçirilib
Professor Gəray Gəraybəyli Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi ilə görüşüb
Diaqnoz Tibb Mərkəzinin həkimi Türkiyədə beynəlxalq konqresdə iştirak edib
 Mərkəzi Gömrük Hospitalının həkimləri professor Hikmət Əlizadəni kliniki ölümdən xilas edib   
Pirallahı Tibb Mərkəzi tərəfindən Ümummilli Liderin 103-cü ildönümünə həsr olunan velomarafon təşkil edilib
 “Tibbi genetikada bildiklərimiz və yeniliklər” mövzusunda elmi seminar keçirilib   
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu cərrahi müdaxilə
Teymur Musayev Müqəddəs Vatikanın “Bambino Gesu” Pediatrik Xəstəxanasının prezidenti ilə görüşüb
Uşaqlıq boynu xərçəngönü xəstəliklərinin erkən aşkarlanmasında kolposkopiyanın rolu
Sabunçu Tibb Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Protein sağlam qalmaq üçün vacib qida maddəsidir - Fərhad Burzu
Diaqnoz Tibb Mərkəzinin radioloqu Çində beynəlxalq konfransda iştirak edib
Tədris Cərrahiyyə Klinikasında ATU tələbələri üçün ödənişsiz göz əməliyyatları
Səhiyyə sektorunda süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı müzakirələr aparılıb
 Mərkəzi Gömrük Hospitalının həkimi Hong Kongda baş-beyin törəmələrinin diaqnostikasında sitologiyanın rolu barədə çıxış edib