Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib
08.10.2020 21:55

Oktyabrın 8-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib. Komitənin sədri Əhliman Əmiraslanov iclasın gündəliyinə yalnız bir məsələnin daxil edildiyini bildirib.

 

Aztibb.az xəbə verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlayn iclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib.

 

Əhliman Əmiraslanov qanun layihəsi ilə bağlı fikirlərini bölüşüb, sənədin əvvəlki oxunuşlarda müzakirələri zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərə nəzər salınıb.

 

Komitə üzvləri - Rəşad Mahmudov, Anatoliy Rafailov, Ülvi Quliyev, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, İlham Məmmədov, Məlahət İbrahimqızı, Kamaləddin Qafarov, Soltan Məmmədov və Müşfiq Məmmədli sənədlə bağlı fikirlərini bildirdikdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub