Şirvanda 31 Mart soyqırımı qurbanlarının xatirəsi yad edilib
31.03.2023 16:03
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib.
 
Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.
 
Tədbirdə Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nın direktoru Kamil Əhmədov çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə faktlara və tarixi sənədlərə əsaslanan məlumatları diqqətə çatdırıb.
 
Direktor bildirib ki, 105 il bundan öncə martın sonundan başlayaraq Azərbaycanda ermənilər tərəfindən növbəti dəhşətli soyqırımı aktı həyata keçirilib. Ermənilər 1918-ci il martın 31-dən başlayaraq aprelin 3-dək qadın, qoca, azyaşlı demədən azərbaycanlıları ən vəhşi üsullarla qətlə yetiriblər: “Müstəqillik illərimizdə tarixçi alimlərimizin də araşdırmaları nəticəsində çoxsaylı yeni faktlar və sənədlər aşkarlanıb. Məsələn, Quba şəhərindəki kütləvi məzarlıq ən böyük tarixi sübutdur. Üzə çıxmış tarixi faktlar sübut edir ki, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayı isə qat-qat artıqdır”.
 
Kamil Əhmədov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqımızın zəngin tarixinin təbliği istiqamətində atdıqları addımların, həyata keçirdikləri tədbirlərin miqyası olduqca genişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də bunun təsdiqidir. 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib