Əczaçı tələbələr işlə təmin olunacaq
24.03.2023 17:36

Azərbaycan Tibb Universitetində (ATU) Əczaçılıq fakültəsi, “AVİS" tibbi mağazalar şəbəkəsi və “Əczaçılar Klubu” İctimai Birliyinin birgə layihəsi çərçivəsində “Əczaçılıqda peşəkarlığa doğru” adlı tədbir keçirilib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, fakültənin tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə dekan, dosent Fərəh Mədətli açıb. O, tələbələrə təqdim olunacaq təcrübə proqramı barədə ətraflı məlumat verərək, bunun ölkəmizdə bir ilk olduğunu bildirib. Qeyd edib ki, 2 aylıq təcrübəni uğurla başa vuran tələbələrə sertifikat veriləcək.

 

Tədbirdə “Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bünyatov, “AVİS”in İnsan resursları şöbəsinin rəhbəri Afaq Əhmədpaşayeva, filial rəhbərləri Leyla Allahverdiyeva, Nərmin Xəlilova da çıxış ediblər. Onlar çalışdıqları şirkət və təqdim etdikləri proqramın mahiyyəti barədə ətraflı məlumat verərək, bunun tələbələrin təcrübə qazanmasında müstəsna rolu olacağından danışıblar.

 

Qeyd edək ki, proqramda iştirak könüllü xarakter daşıyır. Əczaçılıq sahəsində tanınmış mütəxəssislər tələbələrə 2 aylıq təlim keçəcək. Sonda qazandıqları təcrübə ilə bağlı imtahandan uğurla keçənlərə sertifikatlar veriləcək, arzu edənlər işlə təmin olunacaq.

 

Proqramın təqdimatı tələbələr tərəfindən maraqla qarşılanıb və sual-cavab şəklində davam edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır