Aztibb.az Media Reyestrində qeydiyyatdan keçdi
23.03.2023 10:45

Aztibb.az tibbi xəbərlər portalı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi tərəfindən aparılan Media Reyestri qeydiyyatından keçib.

Ötən həftə qeydiyyatdan keçmək üçün müraciət edən tibbi portalın müraciəti təsdiqlənib.

Qeyd edək ki, Aztibb.az tibbi portalı 2019-cu ildə fəaliyyətə başlayıb. Portal ölkəmizdə, eləcə də dünyada səhiyyə sahəsində klinik və eksperimental tədqiqatlara, tədbirlərə, həyata keçirilən yeniliklərə dair yazıları, açıqlamaları, xəbərləri təqdim edir.

Portalın hədəf auditoriyasını tibb, səhiyyə elmləri, səhiyyə xidmətləri, peşə və texniki sağlamlıq elmləri sahələrində çalışan alim, ayrı-ayrı ixtisas sahələrini təmsil edən həkim və mütəxəssislər, eyni zamanda onların fəaliyyət obyektləri təşkil edir.

Tibbi portalın məqsədi cəmiyyətin sağlamlıq problemləri və bu problemlərin tibbi-sosial amilləri ilə bağlı təcrübələrin, tədqiqatların, elmi biliklərin, məlumatların yayılması, ümumilikdə səhiyyə və cəmiyyət arasında ünsiyyətin gücləndirilməsinə töhfə verməkdir.

Aztibb.az tibbi xəbər portalı adından Medianın İnkişafı Agentliyinə minnətdarlığımızı bildiririk!

Aztibb.az dövlətimizin sağlam gələcək naminə qarşıya qoyduğu məqsəd və istiqamətlərdə fəaliyyətini bundan sonra da əzmlə davam etdirəcək!

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub