ÜST Azərbaycana texniki dəstək göstərməyə davam edir
18.03.2023 16:00

Səhiyyə Hesabları Sisteminin (SHS) tətbiq edilməsində ölkələrə texniki dəstəyin göstərilməsi ÜST-nin prioritetlərindən biridir.

Səhiyyə xərclərinin izlənməsində qlobal lider kimi ÜST ölkə kontekstinin öyrənilməsi, ilkin qiymətləndirmələrin aparılması, yerli potensialın yaradılması və SHS prosesinin davamlılığının təmin olunması üçün Azərbaycana texniki dəstək göstərməyə davam edir.

Aztibb.az-a agentlikdən verilən məlumata görə, bu dəstək çərçivəsində ÜST-nin Ölkə Ofisi tərəfindən Azərbaycanda Səhiyyə Hesabları Sistemi üzrə İşçi Qrupu yaradılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin də təmsil olunduğu İşçi Qrupunun onlayn görüşünə Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və qurumun digər əməkdaşlar qatılıblar. Səhiyyə Hesabları Sisteminin əhəmiyyətindən danışan N.Bayramova bunun səhiyyə xərclərinin hesablanması və maliyyələşdirmə mənbələrinin formalaşdırılmasında xüsusi rolu olduğunu vurğulayıb.

Qeyd edək ki, İşçi Qrupunun tərkibinə Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Dövlət Statistika Komitəsinin əməkdaşları da daxildir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır